İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.

Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır.

Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 05 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub

25.10.2026 174
.

Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var

25.10.2026 247
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25.10.2026 251
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25.10.2026 188
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25.10.2026 225
.

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini

25.10.2026 202
.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

25.10.2026 258
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25.10.2026 157
.

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb

25.10.2026 193
.