Bakıda güclü partlayış: Yaralı var, 10-dan çox avtomobilə ziyan dəyib - YENİLƏNİB + FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumdan verilən xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və "Toyota" markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
07:38
Bakının Yasamal rayonunda partlayış baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.
Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.
Partlayışda xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.








BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1116 Tarix: 06 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi
Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub
25.10.2026 174 Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
25.10.2026 247 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı
25.10.2026 251 Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25.10.2026 188 İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı
Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis
25.10.2026 225 BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini
25.10.2026 202 Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq
25.10.2026 258 WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır
Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind
25.10.2026 157 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb
25.10.2026 193