Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi: "Azərbaycanın seçiciləri çox qürurludur"

Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi: "Azərbaycanın seçiciləri çox qürurludur"Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi Azərbaycan seçicilərinin çox duyğulu və qürurlu olduğunu bildirib.

Bu barədə "Report"un Qərb bürosuna Xankəndiyə ezam olunan türkiyəli deputat Osman Mesten deyib.

O qeyd edib ki, seçkini izləməyə TÜRKPA heyətində Türkiyədən 8 deputat, Qazaxıstan və Qırğızıstan parlamentlərinin hər birindən 1 deputat Azərbaycana gəlib: "Bu, bizim üçün çox həyəcanlı və tarixi missiyadır. Çünki işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçki keçirilir. Burada müşahidəçi olmaq da bizə qismət oldu".

Müşahidəçiliyə Şuşadan başladıqlarını deyən türkiyəli deputat vurğulayıb ki, daha sonra Xankəndiyə gələrək buradakı seçki prosesini izləməyə başlayıblar: "Ulu öndər Heydər Əliyevin təbirincə biz "tək millət, iki dövlət" deyirdik. Bundan sonra türk birliyi olaraq, "tək millət, yeddi dövlət" olacağıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk dünyasının zəfəridir. Hazırda bunu da qeyd edirik. Azərbaycan seçiciləri də çox duyğulu və qürurludur. Bunu görmək xoşdur. Bu seçkilərin Azərbaycana və bütün türk dünyasına uğurlu olmasını diləyirəm".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 592   Tarix: 07 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistan albalı ixracında Rusiyadan asılı vəziyyətdədir

Rusiya bazarı olmadan Ermənistan albalı ixracından əldə etdiyi gəlirin demək olar ki, hamısını itirmək riski ilə üz-üzədir. xəbər verir ki, bu barədə RİA Novosti Ermənistanın milli statistika xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb. Məlumata görə, Ermənistanın ixrac etdiyi albalının 99 faiz

10:50 147
.

Oğlundan ayrılan bloqeri canlı yayımda öldürdü: dəstə başçısı TUTULDU

Meksikada xüsusi təyinatlılar "Xalisko Yeni Nəsil" narkokartelinin yüksək vəzifəli üzvlərindən biri hesab olunan "R1" ləqəbli Ramon Anxel Alvares Ayalanı saxlayıblar. xarici mediaya istinadla xəbər verir ki, o, Xalisko ştatının Atotonilko-el-Alto şəhərində keçirilən əməliyyat zaman

19:15 1
.

Məhkəmə Hüseyn Həsənova 4 il həbs cəzası verdi

Rusiyada azərbaycanəsilli bloger Hüseyn Həsənov qiyabi olaraq 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib. Axşam.az xəbər verir ki, Moskva Məhkəməsi bloger barəsində çirkli pulların yuyulması ittihamı üzrə hökm çıxarıb. Məhkəmə onun 1 milyon rubl məbləğində cərimələnməsinə də qəra

17:21 2
.

Trampın qərarı İsraildə təəccüb yaratdı: Netanyahu xəbəri sosial şəbəkədən öyrəndi

İsrail hakimiyyəti, o cümlədən Baş nazir Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampın İrana qarşı birgə hərbi əməliyyatların ləğvi ilə bağlı qərarını ilk dəfə onun Truth Social platformasındakı paylaşımından öyrənib. xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat yayıb. Nəşrin yazdığın

11:32 162
.

Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu

Xalq artisti Şahnaz Haşımova sosial şəbəkədə paylaşdığı foto ilə izləyicilərinin tənqidinə tuş gəlib. Qaynarinfo xəbər verir ki, müğənni istirahət mərkəzlərindən birində hovuzda dincələrkən şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşıb. Paylaşım izləyicilər arasında birmənalı qarşılanmayıb. Onları

12:36 332
.

Talibana qarşı yeni cəbhə açıldı - Keçmiş əfqan general silaha sarıldı

ABŞ və NATO tərəfindən dəstəklənmiş keçmiş əfqan generalı Sami Sadatın rəhbərlik etdiyi "Birləşmiş Əfqanıstan Cəbhəsi" Taliban rejiminə qarşı hərbi əməliyyatlara başladığını elan edib. General Sadat bildirib ki, məqsədləri "Əfqanıstanı azad etmək və hakimiyyəti xalqa qaytarmaqdır"

12:58 176
.

Cərimələrin icra edilməməsi hansı hallarda həbsə səbəb olur?

"İnzibati cərimə və ya ictimai işlər növündə inzibati tənbehin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, inzibati cərimə növünd

15:21 127
.

Mafiyanın hədəfində Ukraynada istifadə olunan dronlar var

İtaliya mafiyasının Ukraynada istifadə olunan dronları və digər müasir silahları qara bazardan əldə etməyə çalışdığı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya rəsmilərindən biri açıqlama verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları artıq Balkanlar marşrutu ilə İtaliyay

12:10 156
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

10:44 226
.

TOP MP3