"Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycan xalqına bu tarixi zəfəri yaşada bilməzdi" - Ceyhun Məmmədov
"Son prezident seçkiləri ilə Azərbaycan olduqca mühüm mərhələyə daxil olub. Reallıq ondan ibarətdir ki, Ermənistan işğalla barışmayıb və yenidən müharibəyə hazırlaşır. Bu mərhələnin nə qədər həssas olduğunu göstərən məqamlardan biri də budur".
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycan xalqına bu tarixi zəfəri yaşada bilməzdi:
"Fevralın 7-də ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Bu seçkinin əhəmiyyətini artıran məsələlərdən biri də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində seçkilərin keçirilməsi idi.
Bu seçkilərə qədər kimin ağlına gələ bilərdi ki, Xankəndi, Xocalı və Xocavənd azad olunacaq, orada Azərbaycan bayrağı dalğalanacaq, seçkilər keçiriləcək və Azərbaycan Prezidenti öz səsini Xankəndidə verəcək.
Həqiqətən də hər birimiz çox böyük tarixi, şərəfli və qürurlu günlərin şahidiyik. Heç şübhəsiz ki, bu qələbədə xalqımızın birliyi, qəhrəman Vətən övladlarının şücaəti böyük rol oynadı. Ancaq ən böyük rolu Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı.
90-cı illərin əvvəllərində də Azərbaycan xalqı torpaqların işğalının qarşısını almaq üçün ciddi mübarizə apardı. Ancaq həmin dövrdə ölkəyə rəhbərlik edə biləcək, ordunu irəli apara biləcək güclü lider yox idi.
Əvvəllər də dəfələrlə dediyim kimi, həmin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsə bəlkə də bu gün Azərbaycan yox idi, Xalqımız müstəqilliyini növbəti dəfə də itirmişdi.
Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan vətəndaş müharibəsindən, parçalanmaqdan, növbəti dəfə müstəqilliyini itirməkdən xilas oldu və yeni mərhələyə qədəm qoydu. Bu gün ki, uğurlarımızın təməlində məhz həmin siyasət durur.
Prezident İlham Əliyevin prezidentlik dövrünə gəldikdə isə heç şübhəsiz ki, bu dövrdə də Azərbaycan böyük inkişaf yolu keçdi. İnanmıram ki, Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycan xalqına bu tarixi zəfəri yaşada bilərdi.
Bu gün dünyamız barıt çəlləyinə bənzəyir. Dünyanın əksər ölkələrində qarşıdurma və müharibələr davam edir. Bu il olduqca çətin il olacaq. Bəzi dövlətlər ərazilərini və müstəqilliyini itirəcək.
Bizə gəldikdə isə, görünən odur ki, qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Qarşıda çox ciddi hədəf və məqsədlər durur. Hazırkı həssas mərhələdə hər birimizin üzərinə çox mühüm vəzifələr düşür. Hamımız bu məsuliyyəti dərk etməli, güclü, müstəqil Azərbaycan naminə üzərimizə düşən məsuliyyəti ləyaqətlə yerinə yetirməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 806 Tarix: 08 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDonald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
25.10.2026 198 Azərbaycana QAR YAĞDI
Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı
25.10.2026 270 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
25.10.2026 225 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25.10.2026 159 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25.10.2026 195 Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl
25.10.2026 132 BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini
25.10.2026 202 Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25.10.2026 192 Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını
25.10.2026 202