Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub
Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb.
"Report" "Neytral Türkmənistan" qəzetinə istinadən xəbər verir ki, 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib.
Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun supernəhəng "Qalkınış" neft-qaz yatağının sənaye işlənməsinin əhəmiyyətindən və Xəzər dənizinin milli sektorunun kəşfiyyatı və işlənməsində xarici şirkətlərin iştirakından danışdığı hökumətin iclasında açıqlanıb.
Dövlət başçısı həmçinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisini də diqqət mərkəzində saxlamağı tapşırıb.
Məlumdur ki, 2024-cü ilə qədər Türkmənistan qazının Azərbaycana tədarükü İran vasitəsilə svop yolu ilə həyata keçirilirdi. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının tədarükü, sonra isə bu həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu. Bununla belə, Türkmənistandan Azərbaycana İran vasitəsilə qazın svop tədarükü müvəqqəti olaraq dayandırılıb və Bakı ilə Axşabad arasında yeni razılaşma əldə edildikdən sonra bərpa oluna bilər.
Tədarüklər 2022-ci ilin yanvarında gündəlik 5-6 milyon kubmetr həcm ilə başlayıb. Elə həmin ilin martına qədər vurulan qazın sutkalıq həcmi 7 milyon kubmetrə yüksəlib.
Hazırda Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli imkanları da müzakirə olunur.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il yanvarın 1-dən svop sazişi üzrə xam neft və təbii qaz idxalı üç il müddətinə ƏDV-dən azad edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 590 Tarix: 10 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTovuzda avtomobil piyadanı vuraraq öldürüb
Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
25.10.2026 140 Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25.10.2026 202 Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə
25.10.2026 400 İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə
25.10.2026 199 Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl
25.10.2026 132 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25.10.2026 251 Atasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25.10.2026 229 Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın
25.10.2026 214 Elm sahəsinə əlavə milyonlar ayrılacaq
Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını
25.10.2026 212