Ermənistan mina xəritələrini Azərbaycana verdi
Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.
Bu barədə BiG.AZ-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.
Normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.
Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.
Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.
Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 648 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArxivlərdə gizlənmiş Veneranın sirri üzə çıxdı
Alimlər 16 il əvvəl arxivə göndərilmiş müşahidə məlumatlarını yenidən təhlil edərək Veneranın atmosferi ilə bağlı mühüm kəşfə imza atıblar. Araşdırma zamanı planetin yuxarı atmosferində nəhəng halqalar - sıxlıq dalğaları aşkar edilib. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "The Planetar
03.08.2026 232 ABŞ bu ölkədəki səfirliyini bağlayır
ABŞ Dövlət Departamenti beş ölkədəki xarici diplomatik nümayəndəliyi bağlamağı planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "ABŞ Dövlət Departamenti Konqresə beş xarici nümayəndəliyin bağlanması planları barədə məlumat verib ki, bu d
11:19 135 Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib. bu barədə İHA agentliyinə istinadən xəbər verir. Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib. Hadisə nəticəsində üçü Türkiyə vətəndaş
03.08.2026 341 Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
Avqustun 2-si dənizdə batan Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. "Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovu
10:29 172 Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?
Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr
03.08.2026 367 Yeni anbar tarixi izləri su altında qoyacaqdı, amma - Son anda edilən kəşf
Anqolada (Afrika) Kuanza çayı üzərində ölkənin ən böyük su elektrik stansiyası olacaq Kakulo Kabaşa layihəsinin tikintisi zamanı arxeoloqlar mühüm tarixi kəşfə imza atıblar. Qaynarinfo xəbər verir ki, "Interia GeekWeek" nəşrinin yazdığına görə, bənd və gələcək su anbarının yerləşəcəyi ərazid
03.08.2026 247 "Qadın dəyərsizlik hiss etdiyi yerdə durmamalıdır"- iş xanımı Səidə Əsgərova
"Azərbaycanda iş adamlarının vergi ilə bağlı üzləşdiyi ən böyük problemlərdən biri məlumatsızlıqdır. Bir çox sahibkar fəaliyyətə başlayarkən biznesin hüquqi və maliyyə tərəflərini tam öyrənmədən işə başlayır ki, bu da sonradan vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsinə və müxtəlif problemləri
11:14 165 Kassis Şəhidlər xiyabanında - Fotolar
Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis bu gün Şəhidlər xiyabanını ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüy
12:02 122 Rəcəb Rəhimli vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikas
13:09 118