Zeynəb Xanlarovanın bacısı oğlundan xəbər var
Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses fevralın 13-nə təyin edilib.
Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza verilib. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub. Bu hökmdən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlayıb.
Qeyd: Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.
29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edilməlidir ki, axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.
Xatırlatma: D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1109 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25.10.2026 298 Ər-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25.10.2026 121 Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi
Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub
25.10.2026 174 Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək
ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib
25.10.2026 207 Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını
25.10.2026 202 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25.10.2026 251 Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25.10.2026 248 Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
Fransa Prezidenti Emmanuel Makron Parisin cənub-qərbindəki Trapp şəhərində baş verən atışmanı ölkə tarixində irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış ilk terror aktı adlandırıb. "Report"un "Agence France-Presse" (AFP) agentliyinə istinadən məlumatına görə, Fransa lider
25.10.2026 198 İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə
Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə
25.10.2026 199