Azərbaycandan Həcc ziyarətinə səfərin VAXTI AÇIQLANIB
Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.
BiG.AZ xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq:
"Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə zəvvarların geri dönməsi planlaşdırılıb".
Qeyd edək ki, bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 664 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SEPAH: İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib. "Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb. "ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşaca
11:00 135 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir. Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətində
13:30 143 Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib
Prezidenti iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regeional Ekoloji Sammit (RES 2026) çərçivəsində Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov ilə görüşüb. "Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbək
10:50 126 Argentina Böyük Britaniyanı Malvin adaları üzrə danışıqları bərpa etməyə çağırdı
Argentina rəhbərliyi Malvin (Folklend) adalarına dair suverenlik hüquqlarını yenidən bəyan edərək, Böyük Britaniya hökumətini ikitərəfli müzakirələrə başlamağa dəvət edir. xəbər verir ki, bu məlumatı Cənubi Amerika dövlətinin xarici işlər, beynəlxalq ticarət və ibadət naziri Pablo Kirno açıqlayıb. "Argentin
14:40 116 "Son zəng" tədbirlərində QADAĞA
Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind
12:10 196 XƏBƏRDARLIQ! Bakıda güclü külək əsəcək, yağış yağacaq - BU TARİXDƏ
Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duma
13:32 195 Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır. Məsələ ilə bağlı -a açıqlama verən sosioloq Elçin Bayraml
00:25 316 Trampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?
ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş atışmanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı olmasına şübhə ilə yanaşıb. TASS-a istinadən xəbər verir ki, o, bu barədə hadisədən sonra keçirilən mətbua
11:03 158 Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ
Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıql
11:32 145