İki məktəblini öldürən "sürücü" ömürlük ala bilərmi? - hüquqşünas rəyi

İki məktəblini öldürən "sürücü" ömürlük ala bilərmi? - hüquqşünas rəyiVəkil: "Maddədə nəzərdə tutulan cəzadan yuxarı cəza verilməsi qanunla mümkün deyil"

Ötən həftə Zaqatalada 2 məktəblinin maşınla vurularaq öldürülməsi hər kəsi üzdü. Artıq azyaşlıları öldürən sürücü həbs edilib. Emin İbrahimov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Məlum olub ki, həmin şəxs Zaqatala şəhər sakinidir və əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. Üstəlik, onun sürücülük hüququ olmayıb.

O, həmçinin etibarnaməsiz idarə etdiyi "Mercedes" markalı, Az 39 BB 320 dövlət nömrə nişanlı avtomobillə rayonun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib. İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə, sonradan isə Bakıdakı xəstəxanaya yerləşdirilib.

Bəs ağırlaşdırıcı xüsusatlar (məhkumluq, sürücülük vəsiqəsinin olmaması, olayın tipik yol qəzası deyil, əslində bir qətliam olması və s.) ona ən ağır cəzanın - ömürlük həbsin kəsilməsini şərtləndirə bilərmi ki, bəlkə başqa "sürücü"lərə də dərs olsun? Qanunlarımız, ədalət sistemimiz nə deyir?

BiG.AZ xəbər verir ki, vəkil Əziz Qənbərov "Yeni Müsavat"a deyib ki, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı ittihamda nəzərdə tutulan maddənin sanksiyasında müəyyən edilən cəzanın yuxarı həddində cəza verilə bilər: "Maddədə nəzərdə tutulan cəzadan yuxarı cəza verilməsi qanunla mümkün deyil. Şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma 2 və daha çox şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunur. Həmin maddənin sanksiyasına əsasən şəxs barəsində 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Məhkəmə cəza təyin edərkən işin ağırlaşdırıcı və yüngülləşdirici hallarını nəzərə almalıdır. Şəxs tərəfindən əvvəllər cinayət törədilibsə, bu hal ağırlaşdırıcı hal hesab edilir və cəzanın ağırılaşması üçün əsas ola bilər. Bu halda belə cəza sanksiyada nəzərdə tutulmuş həddən yuxarı ola bilməz. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yəni qanunvericilik bu tipli şəxslərə digər şəxslərlə münasibətdə fərqli (daha ağır cəza verilməsini) münasibət nəzərdə tutur. Bu norma da imperativ normadır".

Emin İbrahimovun əvvəllər məhkum olunduğu maddəyə gəlincə, onun əməli hərbi xidmət əleyhinə olan cinayətlər kateqoriyasına aid olub. Cinayət Məcəlləsinin 35-ci fəslində yer alan 332.1 maddəsi - Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma adlanır. Bu əmələ yol vermiş şəxs barəsində 1 ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Emin İbrahimovun barəsində 332.1 maddəsi üzrə hökmün nə vaxt çıxarıldığı haqda məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda ən ağır yol nəqliyyat hadisəsi törətmiş şəxsə maksimum 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilir. Sürücülük hüququ isə ən çox 5 il müddətinə məhdudlaşdırılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində yol nəqliyyat hadisəsi törətmiş şəxslərə təyin edilən cəzalar göstərilir. Belə ki, əgər sürücü alkoqollu içkilərin qəbulu, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin təsiri altında və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda qəza törədərsə, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa, onu aşağıdakı cəza gözləyir:

- 3 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5-7 min manat cərimə

- 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə

Əgər bu halda sürücü qəza törədən zaman zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarsa, onu 4 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa, sürücü 5 ilədək sürücülük hüququndan məhrum edilə, 5-8 ilədək azadlıqdan məhrum edilə bilər.

Azərbaycanda yol nəqliyyat hadisəsi törədən şəxsə ən ağır cəza isə 263-cü maddənin sonuncu bəndinə (263.1.4-cü) əsasən təyin edilir. Sürücü sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda qəza törədərsə və qəza zamanı 2 və daha artıq şəxs dünyasını dəyişərsə, sürücü maksimum olaraq 10 il müddətinə azadlıqdan məhrum edilə və o, sadəcə, 5 il müddətinə sürücülük hüququndan məhrum edilə bilər. Əgər sürücü sərxoş olmadığı və sürücülük hüququ olduğu halda qəza törədərsə, iki və daha artıq şəxsin ölümünə səbəb olarsa, 10 il müddətinə cəza ala bilər və 5 il müddətinə sürücülük hüququndan məhrum edilə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 765   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

25.10.2026 247
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

25.10.2026 188
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 121
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 108
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25.10.2026 249
.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

25.10.2026 255
.

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl

25.10.2026 124
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

25.10.2026 184
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

25.10.2026 203
.