Əhmədovların mirası kimə QALACAQ? Əhmədə və ya...?

Əhmədovların mirası kimə QALACAQ? Əhmədə və ya...?Xəbər verdiyimiz kimi Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib Bəs ölkə gündəmini zəbt etmiş qətli törədən Əhməd Əhmədov ailəsinin mirasına sahib ola bilər? Qətlə yetirilən ailənin mirası kimə qalacaq?

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlama verib:

O bildirib ki,qətli törədən şəxs yalnız bu halda ləyaqətsiz vərəsə hesab olunur:
"Mülki Məcəllənin 1137 maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirilməsinə qəsdən maneə törətmiş və bununla özünün və özünə yaxın şəxslərin vərəsiliyə çağrılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxub vəsiyyət edənin vəsiyətnamədə ifadə edilmiş son ifadəsinə qarşı qəsdən cinayət və digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə hesab olunur. Yəni nə qanun üzrə, nə də vəsiyyət üzrə varis ola bilmir. O halda ki, qərar məhkəmə qərarı ilə təsdiqlənsin.

Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər, həmin şəxsin mirasa sahibliyi başladığı andan 5 il ərzində irəli sürülməlidir. Məhkəmə tərəfindən vərəsilik hüququnun məhrum edilməklə bağlı Əhməh Əhmədov barəsində qərar qəbul olunarsa, bu zaman o ləyaqətsiz vərəsə hesab olunur. Bu zaman nə qanun, nə də vəsiyyət üzrə əmlaka varis ola bilməz. Çünki ləyaqətsiz vərəsə olmuş şəxs vərəsəlik üzrə aldıqları əmlakın hamısı gəlirləri ilə birlikdə qaytarmağa borcludur".

Vəkil qanunvericiliyə əsasən, vərəsələrin necə təyin edilməsinə aydınlıq gətirib:

"Qanunvericiliyə əsasən qanun və vəsiyyət üzrə vərəsə yoxdursa, mirası heç bir vərəsə qəbul etmirsə və ya bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilirsə, bu zaman əmlak dövlətə keçir. Qanunvericiliyə əsasən miras ilk növbədə ölən şəxsin övladı, əri, arvadı, valideynlərinə keçir. İkinci növbədə ölənin bacı-qardaşı, üçüncü növbədə həm ana, həm də ata tərəfdən nənə və babası hesab olunur. Daha sonra isə xala, dayı, bibi, əmidir.

Kürəkən bir halda vərəsə hesab edilir ki, ölən şəxs sağlığında əmlakı ona vəsiyyət etsin".

Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 15964   Tarix: 15 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir

Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını

17:20 96
.

İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar

ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic

12:10 194
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

18:10 0
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 167
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 206
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

15:10 163
.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki

13:00 206
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

17:00 120
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

18:30 0
.