"Qızımın bədənində sağlam yer qalmamışdı" - Razinin anası

"Qızımın bədənində sağlam yer qalmamışdı" - Razinin anasıModel sevgilisi Raziyyat (Razi) Əliyevanı döymə və digər cinayətlərdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin məhkəməsi davam edir.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda zərərçəkmiş modelin anası Xədijət Əliyeva ifadə verib. Şahid hakim qarşısında Ziyanın qızına verdiyi işgəncələrdən danışıb. Əliyevanın sözlərinə görə, qızının döyülməsindən sonradan xəbəri olub:

"Hadisədən bir müddət əvvəl qızım mənə mesaj yazdı, təcili onlara gəlməyimi istədi. 1 ay idi Razini görmürdüm. Qapını açanda qızımın həddən çox arıqladığını gördüm. Çox pis oldum. Dedi ki, guya Ziya pəhriz saxlayır deyə, bu da pəhrizdədir. Amma üzündə qançırlar var idi. Həmin gün Ziya da evdə idi. O günə kimi Ziya ilə əlaqəsi olduğunu bilirdim. Sonradan Razi 2 gün mənimlə qaldı. 48 saat ərzində zənglərin ardı-arası kəsilmədi. 2 gün sonra qızım dedi Ziya ilə barışdıq, evə qayıdıram. Sonra yenə bir müddət qızımla görüşə bilmədim. Görüşmək barədə yazanda hər dəfə bir bəhanə gətirirdi. Sonradan gördüm ki, qızımın bədənində sağlam yeri qalmayıb".

Şahidin ifadəsindən aydın olub ki, qızı Ziya ilə münaqişəli münasibət yaşayıb. Razi Ziyanın yanına qayıtdıqdan bir müddət sonra yenidən anasının evinə dönüb:

"Ziya hər gün evə gül göndərirdi, amma Razi gülləri qəbul etmirdi. Sonuncu dəfə bizə gəldi. Qapını qırmaq istəyirdi. Onu içəri buraxmaq istəmirdik deyə polisə məlumat verdik. Polislər gələndən sonra Razi döyülmə şəkillərini onlara göstərdi. Ondan sonrası da məlumdur".

Proses martın 27-i davam edəcək.

Qeyd edək ki, Z.Hüseynzadə bu iş üzrə qəsdən sağlamlığa ağır zərər vurmaqda, əzab verməkdə, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələməkdə, əmlakı məhv etməkdə, oğurluqda və xuliqanlıqda təqsirləndirilir. Bundan əlavə o iqtisadi fəaliyyətinə görə də cinayət əməlində ittiham edilir. Ona görə isə ayrıca mühakimə ediləcək.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1103   Tarix: 17 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ərindən sonra qızı da vəfat etdi

2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə

17.10.2026 455
.

"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun

11:30 186
.

Qızından Tünzalə ilə paylaşım - Fotolar

Xalq artisti Tünzalə Ağayevanın qızı Fidan onunla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Fidan anasının 50 illik yubileyində onunla çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Əbədi" şərhini yazıb

24.10.2026 267
.

Halit Ergenç və Məryəm Üzərli Misirdə

Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə

21.10.2026 410
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17.10.2026 424
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17.10.2026 546
.

İzzet Yıldızhan qətl işi üzrə bəraət aldı

Türkiyəli müğənni İzzet Yıldızhan futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə işində bəraət alıb. Axşam.az xəbər verir ki, İstanbulda keçirilən məhkəmə prosesində sənətçinin üzərinə atılımış ittihamlarla bağlı bəraət qərarı verilib. Qeyd edək ki, 21 yaşlı futbolçu Kubilay Kaa

17.10.2026 435
.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17.10.2026 484
.

Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. Aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:

24.10.2026 237
.