Uqanda Prezidenti: Qoşulmama Hərəkatı və çoxqütblülük təhlükəli zamanlarda sülhün gücüdür
Qoşulmama Hərəkatı (QH) və çoxqütblülük Qərb üçün təhdid kimi yox, təhlükəli zamanlarda sülh üçün güc kimi qəbul edilməlidir.
"Report" xəbər verir ki, bu barədə Uqanda Prezidenti, Qoşulmama Hərəkatının sədri Yoveri Museveninin "The Hill" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
O vurğulayıb ki, Qoşulmama Hərəkatına üzv ölkələr ilkin olaraq bu təşkilatın yaradılmasının təməlində dayanan bərabərlik, qarşılıqlı maraqlar və dinc yanaşı yaşama kimi ideyalar naminə hər kəslə əməkdaşlığa hazırdır.
Onun sözlərinə görə, bir çoxları Qoşulmama Hərəkatının gücünə inanmır və güman edirdilər ki, təşkilat Berlin divarının taleyi ilə üzləşəcək: "Lakin fövqəldövlətlər arasında fikir ayrılıqlarının dərinləşdiyi, bəziləri tərəfindən Qərb və Çin arasında "Soyuq müharibə 2.0"nin başladığının elan edildiyi dövrdə Qoşulmama Hərəkatı yenidən aktuallıq qazanır".
Uqanda lideri qeyd edib ki, bu gün təşkilatda da dəyişikliklər baş verib: "4,6 milyarddan çox insanın yaşadığı 120 üzv ölkə BMT-də ən böyük ölkələr blokunu təşkil edir. Əvvəllər yoxsulluq səviyyəsinin yüksək olduğu təşkilatın üzvləri indi qlobal maliyyə mərkəzlərində, texnologiya hablarında və istehsal güclərində müxtəlif mövqelərə malikdir və enerji resurslarının ixracında əsas ölkələrə çevrilib. İnsanlıq və müxtəlifliyin böyük birliyi olan bu hərəkatın missiyası onun maraqlarına uyğun olmayan böyük rəqabət səviyyəsinə endirilməməlidir".
Y.Museveninin fikrincə, Qoşulmama Hərəkatı bütün dünya üçün faydalıdır və onun yürütdüyü siyasət "anti-Qərb" hesab edilməməlidir: "Qlobal gərginlik artdıqca Qoşulmama Hərəkatı da kollektiv nüfuzundan müasir çağırışların öhdəsindən daha yaxşı gəlmək üçün qlobal institutlarda islahatlar aparmaq üçün istifadə edə bilər. Buna misal olaraq, BMT Təhlükəsizlik Şurasını göstərmək olar. Təhlükəsizlik Şurasında daimi veto hüququna malik olan üzvlər İkinci Dünya Müharibəsində qalib gəlmiş ölkələrdir və onlar effektiv addımların atılmasının qarşısını ala bilər".
Xatırladaq ki, bu il yanvarın 15-20-də Kampalada (Uqanda) Qoşulmama Hərəkatının 19-cu sammiti keçirilib və bu toplantıda təşkilata sədrlik Azərbaycandan Uqandaya keçib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 773 Tarix: 17 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNetanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın
18:30 0 Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
14:30 167 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
12:40 203 Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını
17:20 96 Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək
ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib
19:20 0 Azərbaycana QAR YAĞDI
Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı
11:33 243 Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
16:10 148 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar
15:22 174 Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
00:26 351