Qərbi Azərbaycan Xronikası: Xıdır Nəbi bayramının qəribə adətləri, mətbəxi və inancları
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
"Report" xəbər verir ki, "Türk dünyasında geniş yayılan Xıdır Elləz bayramı" adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər mahalında, hər kəndində qeyd olunan Xıdır İlyas, Xıdır Elləz və ya Xıdır Nəbi adlanan bayramın necə keçirildiyi xatırladılır.
Bildirilir ki, Xıdır Elləz qədim tarixə malikdir və el arasında geniş yayılıb: "Bütün türk dünyasında bu mərasim qeyd olunur. Xıdır Nəbi "suyun, külək və havanın" himayəçisi" kimi təqdim edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir. Xıdır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır yer, su, umay kimi bir Vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir".
Qeyd olunur ki, inanclara görə, əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaq. "Xızır" türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, gətirən kişi, qəhrəman deməkdir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 713 Tarix: 18 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNetanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın
18:30 0 Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
14:30 167 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
12:40 203 Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını
17:20 96 Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək
ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib
19:20 0 Azərbaycana QAR YAĞDI
Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı
11:33 243 Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
16:10 148 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar
15:22 174 Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
00:26 351