Bakıda yeniyetmələr arasındakı bullinqin səbəbi AÇIQLANDI - VİDEO

Bakıda yeniyetmələr arasındakı bullinqin səbəbi AÇIQLANDI - VİDEO"Şagirdlər zorakılıq törədən uşaqla bağlı hər hansı problem yaşamadıqlarını deyirlər".

Bunu 156 saylı məktəbin yaxınlığında zorakılığa məruz qalan yeniyetmə qızla bağlı jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

Onun sözlərinə görə, zorakılığı törədən şagird qarşı tərəfin ona virtual zorakılıq etdiyini iddia edir.

"Hazırda zorakılıq edən şagird və onun ailəsi ilə əlaqə qura bilmirik. Telefonlara cavab vermirlər, qapıya gedən müəllimlərə də qapını açmırlar. Buradan həmin şagirdin valideyninə açıq şəkildə demək istəyirəm ki, bu onun məsuliyyətsizliyidir. Bildirim ki, zorakılıq edən qız qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq əxlaqsız xidmətlər göstərdiyini qeyd edib - red.). Bu səbəbdən də videodakı davranışa əl atıb. Təbii ki, bu yolverilməzdir".

G.Səfərova əlavə edib ki, 156 saylı məktəb davranış qaydalarına görə pilot layihənin olduğu məktəblərdən biridir:

"Hazırda bu yöndən də biz araşdırma aparırıq. Bu məktəbdə müəllimlər üçün bullinq təlimləri keçirilib.

Onu da qeyd edim ki, zorakılığa məruz qalan uşaq da 156 saylı məktəbin məzunu olub. Amma videonu çəkən şəxs məktəbin şagirdi olmayıb. Onun kənardan dostu olub".

Şagirdlərin arasında nə baş verdiyi barədə məsələyə gəldikdə isə, nazirlik rəsmisi qeyd edib ki, təfərrüat hələ məlum deyil.

Ətraflı videonu təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1779   Tarix: 20 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

16:10 0
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

16:20 0
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

00:18 334
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

15:10 91
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 198
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 126
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 363
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

15:22 103
.

Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi - Video

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər. Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var. Qeyd olunur ki, hazırd

17:45 0
.