Azyaşlı qızına zorakılıq edən atanı hansı cəza gözləyir? - AÇIQLAMA

Azyaşlı qızına zorakılıq edən atanı hansı cəza gözləyir? - AÇIQLAMABakının Xəzər rayonu, Türkan kənd sakini Əliyev Muxtar (ad, soyad şərtidir) öz azyaşlı qızını döyərək işgəncə verməsi ilə bağlı görüntülər yayılıb.

Görüntülərdə ata azyaşlı qızının əlindəki küt alətlə döyür.

İddiaya görə, görüntünü uşaqdan öncə döyülən ana çəkib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Vamiq Şükürov bildirib ki,digər insanlara qarşı törədilən cinayətlər necədirsə,övladlara qarşı cinayətə də o cür yanaşılır. Bu, sağlamlığa xətər yetirmə cinayətidir. Sağlamlığa yetirilən cinayətin dərəcələri müəyyən olunarsa, həmin dərəcəyə uyğun cəzalar verilir:

"Bu cinayət əməli cinayət məcəlləsində ümumi əsaslarla nəzərdə tutulub. Azərbaycan Respublikasının cinayət məcəlləsi valideynin övladına qarşı hüquq pozuntusunu ayrıca sanksiyalaşdırmayıb. Yəni konkret olaraq digər insanlara qarşı törədilən cinayətlər necədirsə,övladlara qarşı cinayətə də o cür yanaşılır. Bu, sağlamlığa xətər yetirmə cinayətidir. Sağlamlığa yetirilən cinayətin dərəcələri müəyyən olunarsa, həmin dərəcəyə uyğun cəzalar verilir. Həm yüngül xəsarət yetirmə, həm ağır xəsarət yetirmə hallarında müəyyən cəzalar verilir.

Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma

Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma

min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[206]

127.2. Eyni əməllər:

127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;

127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;[207]

127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;[208]

127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə;

bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [209]
Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma

126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

126.2. Eyni əməllər:

126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;

126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;

126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;

126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə

altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2552   Tarix: 20 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

16:10 0
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

16:20 0
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

00:18 334
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

15:10 91
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 198
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 126
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 363
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

15:22 103
.

Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi - Video

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər. Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var. Qeyd olunur ki, hazırd

17:45 0
.