"Kamil Zeynallının beynəlxalq axtarışa verilməsi siyasi məsələdir"-AÇIQLAMA

"Kamil Zeynallının beynəlxalq axtarışa verilməsi siyasi məsələdir"-AÇIQLAMAXəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.

Bununla bağlı BiG.AZ-a hüquqşünas Cavid Rəhimli bildirib ki, Kamil Zeynallının beynəlxalq axtarışa verilməsi siyasi məsələdir. Belə ki, Kamil Zeynallının Vətən müharibəsi başlayandan 2 gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ancaq bir şəxsin beynəlxalq axtarışa verilməsi üçün onun müvafiq cinayət törətməsi üçün əsaslı şübhələr olmalıdır. Fəqət beynəlxalq axtarışa verilmə proseduru bir xeyli vaxt apara bilər. Deməli bu hüquqi yox, siyasi bir qərar olub.
"Kamil Zeynallının beynəlxalq axtarışa verilməsi siyasi məsələdir"-AÇIQLAMA"Kamilə qarşı Ermənistan Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.

Bu ittihamlardan bəziləri Ermənistan və Rusiya arasındakı qarşılıqlı hüquqi yardım müqaviləsində ekstradisiya üçün əsas yaradır. Yəni əsaslı sübutlar təqdim edilsə, ekstradisiya üçün ilkin hüquqi əsas yaranacaq.

İctimaiyyətə məlum olan hallardan bəllidir ki, Kamil vətən müharibəsində aktiv iştirak etməyib. Yəni ittihamlar əsassız görünür. Ancaq müharibədə aktiv iştirak etməsi sübuta yetirilsə, mühakimə ediləcək. Çünki Beynəlxalq Humanitar hüquqa görə müharibədə iştirak edən mülki şəxslər hüquqi boz arenada qalır və adətən kombatant statusu əldə etmir. Bu isə onları ədalət mühakiməsindən azad etmir, yəni Cenevrə Konvensiyaları tətbiq edilmir.

Qeyd edim ki, Rusiyada məhkəmə ilkin olaraq ekstradisiya üçün hüquqi əsasın olub-olmamasına qərar verəcək, bunu isə Kamilin ittiham edilən əməlləri törətməsində əsaslı sübutların olması və Rusiya Ermənistan qarşılılı yardım müqaviləsi müəyyən edəcək. Fəqət BMT-nin işgəncələr əleyhinə konvensiyasına görə Rusiyanın öhdəliyi var ki, işgəncəyə ciddi ehtimallar olacağı halda şəxsi başqa ölkəyə təhvil verməsin.

Ekstradisiya ilə bağlı qərarlar siyasi qərar hesab edilir. Azərbaycan - Rusiya münasibətlərini nəzərə alsaq, Zeynallının Ermənistana təhvil verilməyəcəyinə əmin ola bilərik.

Bu halda 3 ssenari mümkündür.

1. İttihamlar üçün yetərli sübutlar olmur, ekstradisiya üçün hüquqi əsas yaranmır, Zeynallı Azərbaycana qayıdır.
2. Hansısa ittiham üçün yetərli sübut olur , ekstradisiya üçün hüquqi əsas yaranır. Rusiya məsələnin həssaslığını nəzərə alaraq Zeynallını Ermənistana təhvil vermir, Zeynallı Rusiyada mühakimə olunur, təqsirli bilinsə, cəzalandırılır.
3. Ekstradisiya üçün hüquqi əsas yaranır. Həmin əməl Azərbaycan cinayət məcəlləsində də olduğu halda, Azərbaycana ekstradisiya edilir və mühakimə olunur və böyük ehtimal təqsirli bilinmir".
AYSEL ƏKBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1306   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

16:10 0
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

16:20 0
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

00:18 334
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

15:10 91
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 198
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 126
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 363
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

15:22 103
.

Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi - Video

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər. Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var. Qeyd olunur ki, hazırd

17:45 0
.