"Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun təhlükəsizliyinə xidmət edir" - Deputat

"Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun təhlükəsizliyinə xidmət edir" - Deputat"Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçildikdən sonra ik rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etməsi təsadüfi deyil. Eyni dilə, mədəniyyətə, tarixə mənsub iki dövlətin dünyanın heç yerində mövcud olmayan dostluq, qardaşlıq, müttəfiqlik əlaqələri ən yüksək zirvədədir. Bu qardaşlıq qarşılıqlı mənfəət güdməyən səmimi münasibətlər üzərində qurulub".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

O qeyd edib ki Bu gün Türkiyə tək regionda deyil dünyada böyük nüfuza, söz sahibinə, güc mərkəzinə malik bir dövlətdir.Azərbaycanla Türkiyə arasında bağlanmış strateji müttəfiqlik haqqında bəyannaməyə əsasən iki dövlət arasında iqtisadi və hərbi sahədə əməkdaşlıq getdikcə güclənir və möhkəmlənir:

"Prezident cənab İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi. Bu gün Türkiyə tək regionda deyil dünyada böyük nüfuza, söz sahibinə, güc mərkəzinə malik bir dövlətdir. Qardaş ölkənin iqtisadiyyatının bütün sahələri, eləcə də hərbi və hərbi sənayesi sürətlə inkişaf edir. Azərbaycanla Türkiyə arasında bağlanmış strateji müttəfiqlik haqqında bəyannaməyə əsasən iki dövlət arasında iqtisadi və hərbi sahədə əməkdaşlıq getdikcə güclənir və möhkəmlənir. İki dövlətin birgə həyata keçirdiyi iqtisadi və nəqliyyat-loqistika layihələri bölgə ilə yanaşı digər dövlətlərin iqtisadi inkişafına töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır və bu da bu marşrut xəttinin digər ölkələr üçün də nə qədər önəmli olmasından xəbər verir".

Deputat vurğulayıb ki, Türkiyə ordusu dünyanın ən güclü ordularındandır və Azərbaycan Ordusu da tam şəkildə Türkiyə ordu modelinə əsasən formalaşdırılıb:
"Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun təhlükəsizliyinə xidmət edir. Türkiyə ordusu dünyanın ən güclü ordularındandır və Azərbaycan Ordusu da tam şəkildə Türkiyə ordu modelinə əsasən formalaşdırılıb. İstər Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı dünya Azərbaycan Ordusunun gücünün və peşəkarlığının şahidi oldu. Müdafiə Sənayesi sahəsində ölkələrimizin birgə əməkdaşlığı gələcəkdə bu sahədə də böyük uğurlara imza atacaq. Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, hərbi sahələrdə birlik bütün Türkdilli dövlətlərin də birliyinə, Türk Dövlətlər Təşkilatının gələcəkdə güclü bir təşkilata çevrilməsinə də böyük təkan verəcək.
Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi, mənəvi dəstək gücümüzü bir gədər də artırdı. Bu gün də iki qardaş dövlət yumruğu bir hədəfə vurur. Ölkələrimizə qarşı təxribat törətmək istəyən dövlətlərə birlikdə qətiyyətli və sərt şəkildə cavab verilir. Azərbaycanla Türkiyə bir millət iki dövlət bir yumruq olaraq beynəlxalq aləmdə böyük uğurlara imza atacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 680   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Atasının dəfnində məzara yıxılıb öldü

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira

15:50 37
.

Azərbaycana QAR YAĞDI

Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı

11:33 229
.

Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA

Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu

00:00 287
.

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı

11:15 180
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 198
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 371
.

Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24.10.2026 296
.

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı

12:40 182
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 362
.