Prorektorun qətli ilə bağlı məhkəmə işində şahid: "Qardaşımın psixoloji problemləri vardı"
"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
"Qafqazinfo"nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda şahidlər ifadə veriblər.
Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır. İttihama görə, D.Quliyev cinayətin təşkilatçısıdır. Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o, isə qətli dostu Samir Quliyevə icra etdirib.
Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb. Bundan sonra mütəmadi olaraq müalicə alıb: "Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi. Axşam telefon zəngi vasitəsilə hadisəni polisə etiraf edib".
G.Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib. İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdiyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb:
"Atamın ölümündən sonra dayım bizə atalıq etdi. Bütün xərclərimizi o çəkib. İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi. Onu işlədiyi universitetdə oxutdu. Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı. İki il əvvəl mənə zəng etdi, krediti olduğu üçün borca pul istədi. Onda bildim ki, qumar oynayır. Pulu ona görə istəyir. Qumara görə sonralar dayım da ona pul verməyib".
Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib. Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər. Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.
Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib. Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş. Dəyanətin həmişə razılaşması isə onu şübhələndirib. Şahid ərinin həbsindən əvvəl M.Atakişiyevə zəng etməsindən də danışıb: "Həbsindən əvvəl sonuncu dəfə dayısına zəng edib. Deyib ki, tavana görə 4 min manat lazımdır. Dayısı pul vermədiyi üçün polisə etiraf edib".
Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb. Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt "Təfəkkür" Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1002 Tarix: 22 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAtasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
15:50 37 Azərbaycana QAR YAĞDI
Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlı
11:33 229 Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu
00:00 287 Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı
11:15 180 İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə
11:00 198 Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm
00:24 371 Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24.10.2026 296 Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
12:40 182 Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
00:19 362