Texas Nümayəndələr Palatasının üzvü Xocalı soyqırımına dair bəyannamə imzalayıb
Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson Xocalı soyqırımına dair bəyannamə imzalayıb və onu diaspor təşkilatının rəhbərinə təqdim edəcək.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bu barədə o, ABŞ-nin Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş "Remember Khojaly" adlı tədbirdə deyib.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun nəzdində fəaliyyət göstərən "Azərbaycan Mərkəzi"nin təşkilatçılığı və Komitənin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrin diplomatik nümayəndələri, yerli ictimaiyyətin tanınmış simaları, eləcə də ölkəmizə dost icmaların üzvləri iştirak edib.
Hyuston şəhərində təhsil alan gənc tələbə Leyla Tağıyevanın aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və ABŞ-nin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Daha sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdiyi vandalizm aktları və hazırkı quruculuq işləri ilə bağlı qısametrajlı videoçarxlar nümayiş olunub.
Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson çıxışında Azərbaycanda səfərdə olarkən onun inkişaf edən gözəl ölkə olmasına şahidi olduğunu diqqətə çatdırıb. X.Conson Xocalı soyqırımı qurbanlarının Azərbaycan tarixində önəmini anladığı üçün məyus olduğunu deyərək, dünyada sülh və əmin-amanlığın vacibliyini, bu istiqamətdə dostların bir-birinə dəstək verərək çətin vəziyyətdən çıxmasının zəruriliyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova qeyd edib ki, 30 ildən çoxdur Azərbaycan xalqı dünyanın hər yerində "Xocalıya Ədalət" şüarı ilə Xocalıda soyqırımı və insanlığa qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasını tələb edir.
Azərbaycanın ABŞ-dəki səfirliyinin nümayəndəsi Nigar Şirəlizadə çıxışında soyqırımla bağlı beynəlxalq təşkilatlar tərərfindən verilmiş bəyanatlardan söz açıb və beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı məsələsində daha ədalətli olmağa çağırıb.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi Qarabağ və Xocalı soyqırımı haqqında siyasi-analitik məruzə ilə çıxış edib.
Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova tədbir iştirakçılarına təşəkkür edərək, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il yad edildiyini, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını və məcburi köçkünlərin tezliklə öz evlərinə dönəcəyini qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 820 Tarix: 25 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda daha bir FACİƏ: 19 yaşlı oğlan 18-ci mərtəbədən yıxılıb öldü
Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42-də qeydə alınıb. Orada yaşayan xalasıgilə qonaq gələn, 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli 18-ci mərtəbədən yıxılaraq ölüb. Araşdırma aparılır. Qeyd edək ki, Nizami rayonund
03.08.2026 190 Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır
"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər. Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmız
03.08.2026 197 Arxivlərdə gizlənmiş Veneranın sirri üzə çıxdı
Alimlər 16 il əvvəl arxivə göndərilmiş müşahidə məlumatlarını yenidən təhlil edərək Veneranın atmosferi ilə bağlı mühüm kəşfə imza atıblar. Araşdırma zamanı planetin yuxarı atmosferində nəhəng halqalar - sıxlıq dalğaları aşkar edilib. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "The Planetar
03.08.2026 137 Kartdan karta köçürmə əməliyyatlarına limit qoyulmasının səbəbləri açıqlandı
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri bankların, eləcə də elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsasl
03.08.2026 298 38° isti olacaq
Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-3
03.08.2026 204 Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb - RƏSMİ
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb. Nazirlikdən -a verilən məlumata görə, Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd oluna
03.08.2026 207 Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?
Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr
03.08.2026 134 Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib. bu barədə İHA agentliyinə istinadən xəbər verir. Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib. Hadisə nəticəsində üçü Türkiyə vətəndaş
03.08.2026 154 Paşinyanın yeni müddəti başladı - fərman imzalandı
Ermənistan prezidenti Vaaqn Xaçaturyan hazırkı Baş nazir Nikol Paşinyanın yenidən təyin edilməsi barədə fərman imzalayıb. xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb. Bəyanatda deyilir: "Ermənistan prezidenti Nikol Paşinyanın ölkənin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb"
03.08.2026 260