Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoHeydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasını izləyib.

Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni "Turandot" xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev və rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster və Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.

Tamaşada üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf rollarını müxtəlif solistlər ifa edəcək və dirijor kürsüsündə fərqli maestrolar olacaq.

Oktyabrın 24-də məşhur Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və beynəlxalq səhnədə ən tanınmış Azərbaycan opera müğənnilərindən biri olan Xalq artisti Yusif Eyvazov ifa edib. Bu partiya Yusif Eyvazov üçün özünəməxsus vizit kartına çevrilib. Eyni zamanda, bu, məşhur tenorun onu Azərbaycanda ilk dəfə ifa etməsi idi. Elə həmin axşam Turandot rolunu italyan sopranosu Karmen Cannattazio ifa edib və italyan maestro Beatriçe Venezi dirijor kürsüsündə olub.

Yusif Eyvazov tamaşadan əvvəl keçirilən mətbuat konfransında "Turandot" operasının premyerasını tarixi hadisə adlandırıb. Xalq artisti qeyd edib ki, 98 il sonra "Turandot" yenidən Azərbaycan səhnəsinə qayıdır. Rejissor Mikayıl Mikayılov və quruluşçu rəssam Mustafa Mustafayevin təqdim etdiyi bu yeni tamaşa çox yüksək səviyyəyə malikdir. Azərbaycanlı sənətçilərə xarici opera solistləri də qoşulacaq.

Quruluşçu rejissor Mikayıl Mikayılov əlavə edib ki, teatr truppası çox böyük əmək sərf edib. "Ümid edirik ki, tamaşaçılar səylərimizi qiymətləndirəcək və tamaşadan zövq alacaqlar. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik çox əlamətdar hadisədir", - deyə o bildirib.

"Turandot" Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.

Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk "Turandot" tamaşası olub.

Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənə qədər "Turandot" üzərində işləyib. Amma məşhur əsərini tamamlamaq ona qismət olmayıb. Operanın son hissəsini Puççininin notları əsasında Franko Alfano tamamlayıb.

Operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi ətrafında cərəyan edir. Qozzininin nağılında olduğu kimi, Turandot bütün namizədləri üç tapmaca ilə sınayır və şərt qoyur ki, düzgün cavab verən adama ərə gedəcək, yanlış cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və nəhayət, sevgisinin gücünə təslim olan Turandotla evlənir.

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - FotoBakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 25 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 104
.

Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:

01:25 301
.

Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi - Foto

Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. xəbər verir ki, mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIF

24.10.2026 259
.

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm

24.10.2026 425
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 318
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş

24.10.2026 199
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

24.10.2026 222
.

Binəqədidə yaşıllıqlar məhv edilir? - Sakinlər İcra Hakimiyyətini ittiham edir

Binəqədi rayonunun mərkəzi hissəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. xəbər verir ki, sakinlərin məlumatına görə, bir müddət əvvəl hasara alınan ərazidəki yaşıllıqlar məhv edilib, daha sonra isə həmin sahədə dəmir konstruksiyalardan ibarət obyekt inşa olunmağa başlanıb. Sakinlə

24.10.2026 241
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

10:30 123
.