Rusiyada daşınmaz əmlakdan ən çox kimlər pul qazanır? - Azərbaycanlılar ilk onluqda
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri "Kievskaya ploşad" şirkəti olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan "Rusiyanın daşınmaz əmlak kralları" adlı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus "Kievskaya ploşad" şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 760 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 160 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan "Evropeyskiy" ticarət mərkəzi (180 min kvadrat metr) və "Fud siti" kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda "Kievskaya ploşad" şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 254 min kvadrat metr olan ticarət mərkəzləri, 148 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 550 otaqdan ibarət otellər var.
Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
"Rusiyanın daşınmaz əmlak kralları"nın ilk onluğunda daha bir azərbaycanlı – "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov da yer alıb. Araz Ağalarov ötən il icarədən əldə etdiyi gəlirlərini 15 milyon dollar artıraraq 255 milyon dollarlıq gəlirlə 7-ci sıraya yüksəlib.
Qeyd edək ki, Araz Ağalarova məxsus daşınmaz əmlaklara "Krokus Ekspo" (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən "Vegas" ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel və 781 min kvadrat metr sahəsi olan ticarət mərkəzi də var.
2022-ci ildə olduğu kimi ötən ildə də "Daşınmaz əmlak kralları" adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
Onu da bildirək ki, 2022-ci ildə Zarax İliyev və Qod Nisanovun gəlirləri ikinci sırada olan Samvel Karapetyanın gəlirlərindən 1 milyard dollar çox idisə, ötən il bu fərq 1 milyard 120 milyon dollara yülksəlib.
Rusiyada "Daşınmaz əmlak kralları"nın ilk onluğunu təqdim edirik:

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1388 Tarix: 26 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
24.10.2026 230 Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24.10.2026 282 Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu
00:00 270 Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
00:30 350 Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı
11:15 99 R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24.10.2026 206 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:
01:25 301 Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə
00:22 318 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
24.10.2026 222