"Qarabağ" güclü "Bayer"lə bərabərə qaldı - VİDEO + YENİLƏNİB

"Qarabağ" güclü "Bayer"lə bərabərə qaldı - VİDEO + YENİLƏNİB"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

23:31

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində "Qarabağ" - "Bayer" oyununda ikinci hissə başlayıb.

"Bayer" qollardan birinin əvəzini çıxıb - 2:1. Hesab fərqini 70-ci dəqiqədə "Bayer"in hücumçusu Florian Virts azaldıb.

22:37

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində "Qarabağ" - "Bayer" oyununda hesab dəyişib.

Oyunun 45-cı dəqiqəsində Juninyo "Qarabağ"ı 2:0 önə keçirir.

22:19

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində "Qarabağ" - "Bayer" oyununda hesab açılıb.

Oyunun 26-cı dəqiqəsində Juninyonun ötürməsini Benziya dəqiq zərbə ilə qola çevirir. "Qarabağ" 1:0 önə keçir.


21:45

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində "Qarabağ" - "Bayer" matçı başlayıb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.

20:42

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Bayer" matçı üçün heyətlər açıqlanıb.

"Qarabağ": 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 27.Toral Bayramov, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade. 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, N.Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

"Bayer": Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.

Baş məşqçi: Xabi Alonso.

09:16

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.

Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.

UEFA Avropa Liqası
1/8 final, ilk oyun

21:45. "Qarabağ" - "Bayer 04" (Almaniya)

Baş hakim: Benua Bastyen (Fransa).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 3614   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub. İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PS

06.09.2026 240
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 307
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə BİG.AZ-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyl

18.09.2026 175
.

"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər

"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind

27.08.2026 325
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17.09.2026 172
.

Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm"

"IRONMAN 70.3 Baku" yarışında ilk finiş edən xorvatiyalı triatlonçu Matej Jukiç yarışdan sonra təəssüratını bölüşüb. xəbər verir ki, Xorvatiyanın kiçik şəhərlərindən birindən olduğunu bildirən idmançı Bakıda göstərdiyi nəticədən razı qaldığını deyib. O qeyd edib ki, bu, onun şəxsi ən yaxş

05.09.2026 242
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14.09.2026 200
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 591
.

Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu

02.09.2026 397
.