İnstitut direktorunun ölümü yenidən araşdırılacaq
Ali Məhkəmədə Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmə hökmündən kassasiya protestinə baxılıb.
"Qafqazinfo" xəbər verir ki, ağır qəza törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest təmin edilib. Həmçinin Ali Məhkəmə T.Məmmədovun hüquqi varisinin kassasiya şikayətini təmin edib.
Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.
Qeyd edək ki, Xızı Rayon Məhkəməsinin hökmü ilə R.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə qeyd edilib. Bu isə zərərçəkmiş tərəfin və prokurorluğun hökmdən narazı qalmasına səbəb olub. Zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib. Daha sonra onlar Ali Məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, hadisə 2022-ci ilin 19 may tarixində Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb. DİN-in Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Ramil Hüseynovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Sahib Eyvazovun sürdüyü "VAZ-2121" toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.
Məlumata görə, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib. T.Məmmədov isə bir qrup iş yoldaşı ilə Xızıya iş səfərinə gedibmiş.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 741 Tarix: 19 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOfelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 487 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23.10.2026 356 Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib
23.10.2026 482 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 426 İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə
16:20 39 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
17:20 0 İran ali rəhbərinin nümayəndəsi: Xameneinin ictimaiyyət arasına çıxmaq imkanları məhduddur
"İranın Ali rəhbəri Müctəba Xamenei müharibə şəraitinə və ictimaiyyət qarşısında görünmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkənin idarə edilməsini davam etdirir". Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdulla
23.10.2026 532 Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
10:15 258 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdə
15:30 94