Rusiya azərbaycanlı iş adamının restoranını susuz qoydu

Rusiya azərbaycanlı iş adamının restoranını susuz qoyduRusiyada məhkəmə icraçılarının tələbi ilə Petrovski sahili yaxınlığında yerləşən və qalmaqallarla gündəmə gələn "Yardı Superbar" restoranının su təchizatı dayandırılıb.

Lent.az xəbər verir ki, sözügedən restoran yerli Azərbaycan diasporunun keçmiş rəhbəri, iş adamı Yusif Xəlilova məxsusdur. Daha əvvəl məhkəmə obyektin qanunsuz tikili olması barədə qərar çıxarıb.

Qərara əsasən, Xəlilov restoranı öz hesabına sökməlidir. Lakin iş adamı heç bir tədbir görməyəcəyi təqdirdə, meriya tikilini özü sökməyə hazır olduğunu bildirib.

"Yardı Superbar" restoran kompleksinə sahəsi 1256,6 kvadratmetr olan qeyri-yaşayış binası, 334,4 kvadratmetrlik qaraj və yardımçı tikili daxildir.

Restoranın yerləşdiyi və hərraca çıxarılan torpaq sahələrindən birinin ərazisi 631 kvadratmetrdir. Qeyd olunur ki, bu sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulub. Digər torpaq sahəsinin ərazisi isə 2193 kvadratmetrdir və ictimai iaşə obyektlərinin yerləşdirilməsi üçün ayrılıb. Meriya hər iki sahəni açıq hərrac vasitəsilə satışa çıxarır.

Eyni zamanda, Voronej rəhbərliyi Xəlilova məxsus digər obyektin - "Fort" restoranının da qanunsuz tikili kimi tanınmasına çalışır.

Bu restoranla bağlı mübahisə onilliklərdir davam edir. Hələ 2007-ci ildə Leninski Rayon Məhkəməsi özbaşına tikilmiş obyekt üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı meriyaya qarşı qaldırılan iddianı təmin edib.

Əvvəlcə həmin ərazidə ayrıca yerləşən qeyri-yaşayış binası - ticarət pavilyonu olub. Lakin sonradan tikili genişləndirilərək "Fort" restoranına çevrilib.

İndi isə Xəlilovun bu obyekt üzərində mülkiyyət hüququnu necə əldə etməsinə hüquqi qiymət veriləcək. Prokurorluq öz mövqeyini açıqlayacaq və restoran binasının özbaşına tikili ola biləcəyinə dair sübutlar təqdim edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını

15:02 175
.

KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy

10:59 191
.

"Əsas müttəfiqiniz Mehriban xanımdır"

"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə

17:15 45
.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

15:50 143
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"

13:24 237
.

Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları

Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl

16:01 144
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

15:34 158
.

Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

16:53 88
.

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı necə aparılır?

Azərbaycan Respublikasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüququnun müdafiəsi, mülki dövriyyənin təhlükəsizliyinin təmin edilməsi, hüquqi müəyyənliyin yaradılması və daşınmaz əmlak bazarında şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qeydiyyat daşınma

12:06 206
.