Atlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib

Atlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyibABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib.

"Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkən Piçai ilə aralarında olan söhbəti xatırladıb.

Onun sözlərinə görə, "Google Maps" vasitəsilə adın dəyişdirilməsi imkanını araşdırmaq istəyib, lakin şirkət rəhbəri okeanların bir neçə ölkəni əhatə etdiyini əsas gətirərək bu təkliflə razılaşmayıb.

Trampın sözlərinə görə, Piçai ona belə deyib: "Cənab, okeanlar fərqlidir. Onlar bir çox ölkəni əhatə edir. Xahiş edirik, bizdən bunu istəməyin".

ABŞ Prezidenti isə bu cavabdan sonra fikrindən daşındığını bildirib: "Yaxşı, yəqin ki, bu niyyətdən əl çəkəcəyəm. Düşünürəm ki, qoy elə Atlantik okeanı olaraq qalsın".

Tramp həmçinin Piçai və "Google"un həmtəsisçisi Sergey Brini "tamamilə parlaq insanlar" adlandırıb.

Qeyd edək ki, "The Washington Post" qəzetinin oktyabrın 10-da yaydığı məlumata görə, Tramp daha əvvəl Tennessi ştatının Klarksvill şəhərində keçirilən mitinqdə Atlantik və ya Sakit okeanlardan birinin adının "Tramp okeanı" və ya "Amerikalar okeanı" ilə dəyişdirilməsini təklif edib. Daha sonra CNN onun bu fikri zarafat kimi təqdim etdiyini yazıb.

Xatırladaq ki, Tramp administrasiyası dövründə coğrafi adların dəyişdirilməsi ilə bağlı başqa təşəbbüslər də gündəmə gəlib. "Google" ABŞ istifadəçiləri üçün Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb. Şirkət bunu ABŞ-nin rəsmi coğrafi adlar bazasındakı dəyişikliklərlə izah edib. ABŞ-dən kənarda olan istifadəçilərə isə hər iki ad göstərilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 113   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22.10.2026 290
.

Qubada iki bələdiyyənin adı dəyişdirildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı

22.10.2026 247
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22.10.2026 94
.

Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır

"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti

22.10.2026 180
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

22.10.2026 291
.

"TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"

Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş verg

22.10.2026 187
.

Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"

Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y

22.10.2026 125
.

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində

22.10.2026 195
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

22.10.2026 246
.