Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı

Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldıSəhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasından bəri məlumdur. Həmin vaxtdan etibarən bu obyekt çoxsaylı elmi müzakirələrin mövzusuna çevrilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Discover Wildlife" nəşri yazır.

1965-ci ildə astronavtlar Ed Vayt və Ceyms Makdivitt "Gemini-4" missiyası zamanı Rişat strukturunun fotosunu çəkiblər. Həmin missiya çərçivəsində ABŞ tarixində ilk dəfə açıq kosmosa çıxış həyata keçirilib. Bu foto strukturun mənşəyi ilə bağlı müzakirələrə yeni təkan verib.

O vaxtdan etibarən Rişat strukturu "Saxaranın gözü" adlandırılmağa başlayıb. Yuxarıdan baxdıqda aydın görünən, demək olar ki, mükəmməl konsentrik dairələrə bənzər formaları bir çox insanda bu quruluşun hansı təbii qüvvələrin təsiri ilə yarandığı barədə suallar doğurub.

Rişat strukturu nədir?

Məlumata görə, Saxara səhrasının Mavritaniya hissəsində, Adrar yaylasında yerləşən bu obyekt konsentrik dairələr şəklində düzülmüş qayalıq formasiyadan ibarətdir. Onun mənşəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Bu fərziyyələr arasında Yerin dərinliklərindən ərimiş süxurların yuxarı qalxması və göy cisminin Yerə düşməsi ehtimalları da var.

1952-ci ildə təbiətşünas Teodor Mono Rişat strukturunun yaxınlığında, Mavritaniya səhrasında üç böyük zərbə krateri aşkar edib. Bunlar Auelul, Temimişat-Qallaman və Tenumer kraterləridir.

1948-ci ildə coğrafiyaşünas Jak Riçar-Molar Rişat strukturunun maqmanın Yer qabığından yuxarı qalxması nəticəsində yarandığını irəli sürmüşdü. Lakin adıçəkilən kraterlərin aşkar edilməsindən sonra Rişat strukturunun da meteorit zərbəsi nəticəsində yarana biləcəyi barədə fikir ortaya çıxmışdı.

Bununla belə, 1969-cu ildə amerikalı geoloq Robert Fudali Rişat strukturunun digər üç krater kimi zərbə krateri olmadığını sübut edib. Bu quruluş meteoritin düşməsi nəticəsində yaranmayıb.

2005-ci ildə "Geology" jurnalında dərc olunan məqalədə tədqiqatçılar Giyom Matton, Mişel Jebrak və Ceyms Li bu obyektin aşınmış geoloji günbəz olduğunu müəyyən ediblər. Günbəz Yerin dərinliklərindən yuxarı qalxan ərimiş süxurların yaratdığı təzyiq nəticəsində formalaşıb.

Məqalədə qeyd olunur: "Əvvəlcə bu geoloji quruluş günbəz formasında olub və milyonlarla il ərzində qum və küləyin təsiri ilə aşınıb. Nəticədə günbəz bu gün kosmosdan görünən konsentrik silsilələr sisteminə çevrilib. Ən qədim süxurlar mərkəzdə, ən gənc süxurlar isə kənarlarda yerləşir".

Rişat strukturunun ölçüləri nə qədərdir?

Rişat strukturunun diametri 40 kilometrdir. O, o qədər böyükdür ki, Yer səthində dayanmış insan nəhəng bir dairənin daxilində olduğunu belə anlamaya bilər.

Bu geoloji quruluşun dəqiq yaşı ilə bağlı mübahisələr davam etsə də, onun insanların meydana çıxmasından on milyonlarla il əvvəl yarandığı müəyyən edilib.

Rişat strukturunda nə aşkar edilib?

Bu ərazidə Aşel mədəniyyətinə aid daş alətlər və qədim insanların burada yaşadığını göstərən digər arxeoloji tapıntılar aşkar edilib. Bunların arasında "Homo erectus" və "Homo heidelbergensis" növlərinə aid qədim insanların burada yaşayıb ov etdiyini göstərən sübutlar da var.

Tapılan alətlərin əksəriyyəti strukturun xarici halqasından əldə edilib. Burada, həmçinin Neolit dövrünə aid nizələr də aşkarlanıb.

Tədqiqatçılar Orta və Son Pleystosen dövrlərində müasir insan tərəfindən hazırlanmış daş artefaktlar, eləcə də arxeoloqlar tərəfindən hələ araşdırılmamış daş dəfn kurqanları tapıblar.

Məqalədə vurğulanır: "Burada əminliklə deyə biləcəyimiz bir şey var: qədim yunan filosofu Platonun təsvir etdiyi əfsanəvi Atlantida burada deyil. Bəzi insanlar Rişat strukturunun Platonun təxminən eramızdan əvvəl 360-cı ildə yazdığı dialoqlarda təsvir etdiyi utopik cəmiyyətin yerləşdiyi məkan ola biləcəyini düşünürlər. Lakin bu nəzəriyyəni həmin geoloji quruluşun olduqca qədim olduğunu bildirən geoloqlar asanlıqla təkzib edirlər".

Rişat strukturu ətrafında heyvanlar aləmi

Rişat strukturu ilə bağlı tədqiqatlar əsasən geoloji xarakter daşısa da, onun Saxara səhrasının Mavritaniya hissəsində yerləşdiyini də qeyd etmək lazımdır. Səhra ölkə ərazisinin təxminən 90 faizini əhatə edir.

Bu geniş ərazilərdə vəhşi itlərdən və dəvələrdən tutmuş müxtəlif quşlara, sürünənlərə, həşəratlara və kiçik məməlilərə qədər çoxsaylı heyvan növləri yaşayır. Onların arasında qarışqalar, əqrəblər və ərəbdovşanları da var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 134   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22.10.2026 290
.

Qubada iki bələdiyyənin adı dəyişdirildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı

22.10.2026 247
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22.10.2026 94
.

Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır

"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti

22.10.2026 180
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

22.10.2026 291
.

"TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"

Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş verg

22.10.2026 187
.

Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"

Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y

22.10.2026 125
.

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində

22.10.2026 195
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

22.10.2026 246
.