Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlərİqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-ci ilədək Afrikada malyariyaya yoluxma hallarının milyonlarla arta biləcəyini göstərir.

Qaynarinfo xəbər verir ki, dünyada temperaturun yüksəlməsi ilə xəstəliklərin coğrafi sərhədləri də dəyişməyə başlayıb.

Əvvəllər əsasən tropik və subtropik bölgələrlə əlaqələndirilən denge qızdırması, çikunqunya, Zika virusu və malyariya kimi xəstəliklərin fərqli coğrafi ərazilərdə qeydə alınması diqqət çəkir.

Dəyişən yağıntı rejimi, daha mülayim qışlar və ekstremal hava hadisələri xəstəlik daşıyan ağcaqanad və gənələrin yaşayış areallarına, eləcə də aktiv qaldıqları müddətə təsir göstərə bilər.

İqlim dəyişikliyinin təsiri ilə temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, qışların mülayim keçməsi və ekstremal hava hadisələri xəstəlik daşıyan vektorların yaşayış areallarını və aktivlik müddətini dəyişdirir. Bu proses vektorlarla ötürülən xəstəliklərin dünya üzrə yayılma mənzərəsini də dəyişir.

Əvvəllər əsasən tropik və subtropik bölgələrə xas hesab edilən malyariya, denge qızdırması, çikunqunya və Zika kimi xəstəliklərin fərqli coğrafi ərazilərdə müşahidə olunması dünyada xəstəliklərin yayılma xəritəsinin dəyişdiyini göstərir.

Artan temperatur bəzi xəstəlik daşıyıcılarının daha sərin və yüksəklikdə yerləşən ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Eyni zamanda, bəzi bölgələr bu canlılar üçün daha az əlverişli hala gələ bilər.

İqlim dəyişikliyi ilə yanaşı, beynəlxalq səyahətlər, şəhərləşmə və torpaqdan istifadə qaydalarının dəyişməsi də xəstəliklərin yayılmasında və yeni ərazilərə daşınmasında rol oynayır.

Avropada Fransa və İtaliya kimi ölkələrdə yerli denge qızdırması yoluxmaları qeydə alınıb. ABŞ-ın Florida və Virciniya kimi ştatlarında da yerli yoluxma halları barədə məlumat verilib.

Afrikada isə malyariyanın bəzi yüksək dağlıq ərazilərə yayılması xəstəliklərin coğrafi paylanmasındakı dəyişikliklərə nümunə göstərilir. "Nature" jurnalında dərc olunan və iqlim dəyişikliyinin Afrikada malyariya yükünə təsirini araşdıran tədqiqatda mövcud malyariya ilə mübarizə səviyyəsinin qorunacağı təqdirdə, iqlim dəyişikliyinin 2024-2050-ci illər ərzində Afrikada təxminən 123 milyon əlavə yoluxma halına və 532 min əlavə ölümə səbəb ola biləcəyi proqnozlaşdırılıb.

Tədqiqatda proqnozlarla bağlı qeyri-müəyyənliklər nəzərə alındıqda, əlavə yoluxma hallarının sayının 49,5 milyon ilə 203 milyon, əlavə ölüm hallarının isə 195 min ilə 912 min arasında dəyişə biləcəyi bildirilib.

Araşdırmada ekstremal hava hadisələrinin iqlim dəyişikliyi ilə əlaqəli əlavə malyariya riskinin əsas amillərindən biri olduğu vurğulanıb. Hesablamalara görə, bu hadisələr əlavə yoluxmaların 79 faizi, əlavə ölümlərin isə 93 faizi ilə əlaqəli ola bilər.

Tədqiqatda həmçinin qeyd olunub ki, gözlənilən artımın böyük hissəsi malyariyanın yeni coğrafi ərazilərə yayılmasından deyil, xəstəliyin artıq endemik olduğu bölgələrdə yoluxmanın intensivləşməsindən qaynaqlanacaq. Təsirlər isə bölgələr üzrə əhəmiyyətli dərəcədə fərqlənəcək.

İqlimin istiləşməsi ağcaqanadların yeni ərazilərdə məskunlaşmasına şərait yarada bilər

Liverpul Universitetinin iqlim təsirləri üzrə professoru Endi Mors Anadolu Agentliyinə müsahibəsində mövzu ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, vektorlarla ötürülən xəstəliklərin yayılması üçün ağcaqanad kimi daşıyıcıların çoxalmasına və inkişafına uyğun ekoloji şərait olmalıdır. Bu canlıların çoxalması üçün suya, sağ qalması üçün isə rütubətli mühitə ehtiyac var.

Morsun sözlərinə görə, xəstəliklərin ötürülməsi üçün temperaturun 20 dərəcənin ortalarında olması əlverişlidir. Patogenlərin ağcaqanadın orqanizmində inkişaf etməsi üçün də temperatur kifayət qədər yüksək olmalıdır.

Ənənəvi olaraq tropik və subtropik bölgələrlə əlaqələndirilən bəzi xəstəliklərin yeni coğrafiyalarda da müşahidə edilməsinə diqqət çəkən Mors Avropadakı denge qızdırması hallarını nümunə göstərib və İtaliya ilə Fransada belə yoluxmaların qeydə alındığını xatırladıb.

O qeyd edib ki, Qərbi Avropada denge qızdırması, çikunqunya və Zika kimi xəstəlikləri daşıya bilən "Aedes albopictus" növü ağcaqanadın şimala doğru yayılması yerli yoluxma hallarını mümkün edən amillərdən biridir. Virusun Cənubi Avropadan və ya tropik bölgələrdən qayıdan səyahətçi vasitəsilə həmin əraziyə gətirilməsi də mümkündür.

Mors beynəlxalq səyahətlərin və insanların hərəkətliliyinin həm xəstəlik daşıyıcılarının, həm də patogenlərin yeni ərazilərə daşınmasına töhfə verə biləcəyini bildirib. Onun sözlərinə görə, iqlimin istiləşməsi də ağcaqanadların yayıldıqları yeni ərazilərdə məskunlaşması üçün əlverişli şərait yarada bilər.

Professor şəhərləşmənin və torpaqdan istifadə qaydalarının dəyişməsinin təsirinin birmənalı olmadığını da vurğulayıb. Bu proseslər vektorların yaşayış mühitini məhv edə bildiyi kimi, onlar üçün yeni yaşayış sahələri də yarada bilər.

Daha mülayim qışlar xəstəlik daşıyıcılarının sağ qalmasını asanlaşdıra bilər

Mors temperatur və yağıntı rejimindəki dəyişikliklərin xəstəliklərin ötürülmə dövrlərinə də təsir göstərə biləcəyini bildirib.

Onun sözlərinə görə, payızda isti havanın uzun müddət davam etməsi Şimali Avropada xırda dişləyici həşəratların daşıdığı mavi dil xəstəliyinin ötürülmə mövsümünü uzada bilər.

Mors qeyd edib: "Daha mülayim qışlar ağcaqanadlar kimi bəzi xəstəlik daşıyıcılarının qışı keçirərək sağ qalmasına imkan yarada bilər".

İqlim dəyişikliyinin təsirlərinin bütün bölgələrdə eyni olmayacağını vurğulayan professor Şərqi Afrikanın yüksək dağlıq ərazilərində malyariyanın yayılmağa başladığına diqqət çəkib.

Bunun əksinə olaraq, Qərbi Afrikanın bəzi ərazilərində temperaturun malyariya daşıyan "Anopheles" növü ağcaqanadlar üçün optimal həddi aşmış ola biləcəyini bildirib. Bu vəziyyət iqlim dəyişikliyinin bəzi bölgələrdə xəstəlik riskini artırdığı halda, digərlərində azalmasına səbəb ola biləcəyini göstərir.

Vektorlarla ötürülən xəstəliklərin növbəti 10-20 il ərzində yayılma coğrafiyası ilə bağlı Mors belə deyib: "Bəzi bölgələrdə artım, digərlərində isə azalma müşahidə olunacaq".

Etibarlı epidemioloji müşahidə məlumatlarının toplanması vacibdir

Mors səhiyyə sistemlərinin dəyişən xəstəlik risklərinə hazırlığı məsələsinə də toxunaraq, səhiyyə orqanlarının etibarlı epidemioloji müşahidə məlumatları toplamasının vacibliyini vurğulayıb.

O, sahə tədqiqatlarının müntəzəm davam etdirilməli olduğunu bildirib. Professorun sözlərinə görə, hökumətlər və ictimai səhiyyə qurumları mövcud olduğu hallarda vektorlarla ötürülən xəstəliklərin riskinə dair mövsümi proqnozlardan istifadə etməlidirlər.

Mors həmçinin mövcud məlumatların təhlil edilməsinin, xəstəliklərin yayılma tendensiyalarının və bu sahədəki dəyişikliklərin izlənilməsinin vacib olduğunu qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 139   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qubada iki bələdiyyənin adı dəyişdirildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı

13:00 245
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 325
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

15:25 319
.

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı

13:16 366
.

Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar

Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında

19:45 210
.

Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı

Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular

21:15 144
.

"Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim bəlli oldu

Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb. xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həval

20:30 167
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22:45 82
.

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

14:10 290
.