"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Siz də, maşallah, çox yaxşı görünürsünüz""Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib.

"Onu da bildirməliyəm ki, bizim atalarımız da uzun illər bir yerdə işləyiblər, həm Azərbaycanda o vaxt rəhbərlik səviyyəsində təmsil olunublar, - demək olar ki, üç rəhbərdən ikisi elə onlar idi, - həm də onların arasında çox səmimi dostluq əlaqələri var idi. Siz də bunu xatırlayırsınız, mən də. Mən o vaxt yeniyetmə idim, siz isə gənc rəssam idiniz. Bax, bu ənənələr bizi yaşadır.

Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir. Əminəm ki, onların ruhları şaddır bu gün. Azərbaycan azaddır, torpaqlarımız işğaldan tam azad olunub. Onların övladları da hərəsi öz sahəsində böyük zirvələrə çatıblar. Deyə bilərəm ki, hərə öz sahəsində ən yüksək zirvədədir. Ona görə bizi sizinlə böyük tarix bağlayır - ailə münasibətləri, həmişə xoş münasibət, qarşılıqlı hörmət. Müxtəlif dövrlərdən asılı olmayaraq, bu, çox böyük bir sərvətdir. Sizi mən ürəkdən sevirəm. Sizə həmişə böyük hörmətlə yanaşmışam, böyük sənətkar kimi, gözəl insan kimi və öz mövqeyini ifadə edən, onu müdafiə edə bilən bir şəxsiyyət kimi. Ona görə sizə də cansağlığı. Siz də, maşallah, çox yaxşı görünürsünüz. Arzu edirəm ki, həmişə belə gümrah, həmişə, necə deyərlər, gözəl bir insan və gözəl sənətkar kimi xalqımızı bundan sonra da sənətinizlə sevindirəsiniz", - dövlət başçısı deyib.

Qeyd edək ki, oktyabrın 26-sı Xalq rəssamı Fərhad Xəlilovun 80 yaşı tamam olur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 143   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy

10:59 191
.

Paşinyan: AİB ilə münasibətlər Ermənistan üçün çətinlik yaradır

Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətlər Ermənistan üçün müəyyən çətinliklər yaradır. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Ermənistan iqtisadi baxımdan kifayət qədər yaxşı fəaliyyət göstərir. Əlbəttə, çətinliklər də var. Hazırda əsas çətinlik AİB daxilindək

11:11 198
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

16:54 81
.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

15:50 143
.

Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri

"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr

15:56 136
.

Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları

Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl

16:01 144
.

Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi

Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların

13:24 189
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

15:34 158
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

17:24 0
.