Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi

Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsiXalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsini təcəssüm etdirən bir gündür.

Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş hərbi təcavüz nəticəsində Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu hadisə rayon əhalisinin həyatında ağır və faciəli mərhələnin başlanğıcı olmuşdur. Minlərlə insan doğma evini, ata-baba yurdunu, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qalmışdır.
İşğal dövründə Qubadlının yaşayış məntəqələri, sosial infrastrukturu və mədəni irsi ciddi zərər görmüşdür. İnsanların doğma torpaqlarından didərgin düşməsi yalnız maddi itkilərlə məhdudlaşmadı, həmçinin, nəsillərin öz tarixi məkanından uzaq düşməsinə və böyük mənəvi sarsıntılara səbəb olmuşdur.
Azərbaycan dövləti və xalqı üçün işğal altındakı torpaqların azad edilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin olunması və ölkənin ərazi bütövlüyünün bərpası hər zaman əsas milli prioritetlərdən idi. Belə ki, 2020-ci il Azərbaycan tarixində böyük hərbi-siyasi qələbə ilə yadda qalan il oldu. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Müharibənin gedişində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə uğurlu əməliyyatlar həyata keçirərək işğal altındakı əraziləri azad etdi. Nəhayət, oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bu əməliyyatların mühüm nəticələrindən biri oldu. Qubadlı şəhərinin azad edilməsi təkcə hərbi uğur deyil, həm də milli iradənin, tarixi ədalətin və dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi. Bu qələbə Azərbaycanın işğalla barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müdafiə potensialının gücləndirilməsi və dövlətin milli təhlükəsizlik strategiyasının həyata keçirilməsi qələbənin mühüm əsaslarını formalaşdırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi müəyyən edilmişdir. Bu qərar Qubadlı şəhərinin azad olunmasının tarixi əhəmiyyətinin dövlət səviyyəsində qeyd edilməsi, Vətən müharibəsində qazanılmış Zəfərin əbədiləşdirilməsi və gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri həyata keçirir. Bu tədbirlər yaşayış məntəqələrinin bərpasını, yol və nəqliyyat infrastrukturunun qurulmasını, elektrik enerjisi, su və digər kommunal xidmətlərin təmin edilməsini, sosial obyektlərin yaradılmasını və iqtisadi fəaliyyətin canlandırılmasını əhatə edir. Qubadlının gələcək inkişafı üçün müasir şəhərsalma prinsiplərinin tətbiqi, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə və dayanıqlı iqtisadi modelin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Qubadlı rayonu tarixən Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus yer tutmuşdur. Rayonun kəndləri, tarixi abidələri, yaşayış məskənləri və təbii gözəllikləri Azərbaycan xalqının zəngin irsinin mühüm tərkib hissəsidir. Yenidənqurmanın sürətinə görə bu ərazilərdə görülən işlər xüsusilə əhəmiyyətə malikdir. Şərqi Zəngəzurun iqtisadiyyatı 2020-ci ildən bəri 30 dəfədən çox böyüyərək Azərbaycanın digər iqtisadi rayonlarına ilə birgə inkişafı sürətləndmiş, bu isə işğaldan azad olunmuş ərazilərin iqtisadi drayverə çevrilməsindən xəbər verir. İndiyədək yenidənqurma və bərpa işlərinə 26 milyard manatdan çox vəsait ayrılıb. Bu ərazilərdə bu gün 100 minə yaxın insan yaşayır, işləyir, təhsil alır.
Qubadlı həm də mühüm nəqliyyat və coğrafi mövqeyə malik ərazidir. Onun Zəngilan və Laçın istiqamətləri ilə əlaqəsi rayonun regional kommunikasiya və təhlükəsizlik baxımından əhəmiyyətini artırır. Qubadlının nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi və regionlararası iqtisadi əlaqələrin gücləndirilməsi yerli məhsulların bazarlara çıxışını asanlaşdıra, yeni iş yerlərinin yaranmasına və investisiya imkanlarının genişlənməsinə kömək edə bilər. Rayonun gələcək inkişafında müasir texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi, enerji səmərəliliyi və ekoloji cəhətdən məsuliyyətli istehsal üsulları da mühüm rol oynaya bilər.
Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasının təmin edilməsidir. Bu məqsədlə həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın müasir inkişaf tarixində xüsusi yer tutur.
Qubadlı sakinlərinin öz evlərinə qayıtması ailə bağlarının möhkəmlənməsi, milli-mənəvi ənənələrin yaşadılması və yerli icmaların yenidən formalaşması deməkdir. Doğma torpağa qayıdış uzun illər həsrət çəkmiş insanların həyatında yeni bir səhifənin açılmasıdır. Bu proses həm də tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gələcək nəsillərin öz kökləri ilə daha sıx bağlanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və hərbçilərimizin əzmi hesabına qazanılan bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 116   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident

22.10.2026 351
.

Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı

Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular

22.10.2026 362
.

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində

22.10.2026 363
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib

10:40 170
.

Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl

11:34 174
.

"Ənsarallah" Mədinəyə hücum etdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Mədinə şəhərində "Ənsarallah" Hərəkatı (husilər) tərəfindən atılmış dronlar məhv edilib. Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib. Açıqlamada hava hücumunu

22.10.2026 363
.

Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları

12:38 141
.

KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy

10:59 165
.

Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır

Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri

22.10.2026 371
.