Azərbaycan millisinin baş məşqçisi: "Hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq"
"Yarışda iştirak edəcək hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq".
"Report" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində bildirib.
Mütəxəssis Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq prosesi barədə danışıb: "Vladiqafqazda yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Rusiya, Azərbaycan, Qırğızıstan, Serbiya və Gürcüstandan olan heyətin birgə hazırlıq prosesi baş tutdu. Çox faydalı ümumi fiziki hazırlıq və xalça üzərində taktiki-texniki çalışmalar oldu. Toplanış o qədər yaxşı keçdi ki, hətta Bakıya qayıtdıqdan sonra istirahətə də ehtiyac duymadım. Buna şərait yaratdığı üçün federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Zədəlilərimiz olmasaydı, həmin toplanışda daha geniş tərkibdə iştirak edərdik. Bakıda lisenziya turnirinə son hazırlıq prosesini bir neçə komandayla birgə keçəcəyik. Ancaq komandanın yarışa neçə faiz hazır olduğunu indi deyə bilmərəm".
Tarakanov millinin heyətində yer alan zədəlilər barədə danışıb: "Bu idman növündə zədələnməmək mümkünsüzdür. Çünki bu, şahmat deyil. Hətta şahmatçının da bəzən başı hərlənir. Güləş ağır idman növüdür. Burada fiziki yüklənmə çox olur. Güləş həm də sürətli idman növüdür, hər şeyi tez etməlisən. Funksional, fiziki və texniki hazırlığın eyni vaxtda qaydasında olmalıdır ki, çempion ola biləsən. Avropada yunan-Roma güləşində rəqabət güclüdür. Ola bilər, hansısa idmançı Avropa çempionatında pis nəticə göstərsin. Ancaq bu, onun zəif güləşçi olduğunu göstərmir. Əminəm ki, onlar Bakıdakı yarışa çox yaxşı hazırlaşacaqlar".
Baş məşqçi komandanın qarşıdakı yarışda iştirak edəcək heyəti və daxili ab-hava barədə söz açıb: "Əhval-ruhiyyə yüksək səviyyədədir. Hamı lisenziya turnirinə köklənib. Heyəti artıq müəyyənləşdirmişik. Ancaq hələ ki, açıqlamırıq. Son toplanışda hər çəkidə 2 nəfəri nəzərdə tutaraq məşqlərimizi keçəcəyik. Əsas heyətdə nəzərdə tutduğumuz güləşçi zədələnsə, həmin çəkidəki digər idmançımız onu əvəzləməyə hazır olsun. Gözlənilməz hadisələrə hazır olmalıyıq. Bir tərəfdən bunu bizim lehimə qiymətləndirmək olar. Digər tərəfdən güləşçilərə fərqli təsir göstərə bilər. Kim üçünsə adrenalin rolunu oynayacaq, kiməsə isə təzyiq yaradacaq. Bunun öhdəsindən gəlmək üçün psixoloji hazırlıq yüksək səviyyədə olmalıdır. Bu yarışa hazırlıq prosesi çərçivəsində bəzi güləşçilərimizin psixoloq yardımına ehtiyacı var. Ola bilər hansısa güləşçinin ustalıq səviyyəsinə söz ola bilməz, amma psixoloji cəhətdən zəifliyi ona problem yaradar. Məhz psixoloq dəstəyi sayəsində olimpiya çempionu ola bilər".
O, Azərbaycan millisinin lisenziya şanslarını da dəyərləndirib: "Bunu demək çətindir. Yarış bunu göstərəcək. Turnirdən öncə proqnoz verməyi xoşlamıram. Bütün azarkeşləri bu yarışa dəvət edirəm. İzləsinlər və güləşçilərimizə dəstək olsunlar. Həm yunan-Roma, həm qadın, həm də sərbəst güləş üzrə millinin üzvlərinə öz doğmaları kimi azarkeşlik etməyə çağırıram. Dəstək olun və qələbələrimizə sevinin".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1205 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 637 Hidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30.10.2026 498 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 554 Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 754 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir. "Report" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:. "Bütü
31.10.2026 406 İslam ikiqat Avropa çempionudur!
Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub
30.10.2026 609 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 925 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 601 4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31.10.2026 433