"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun""İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendləri fonunda belə bir açıqlamanın məqsədi nədir? Yaxşı olardı ki, bu cür şəxslər və konkret olaraq səfirlə bağlı araşdırılma Tehranda aparılsın. Yoxsa Azərbaycanda bunu Abdullahiyanın şəxsi göstərişi kimi başa düşə bilərlər. Ümumiyyətlə son 30 illik dövr ərzində Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən məhz bugünkü XİN institutu, yaxşı olardı ki son illərdə harada uğur qazandığını götür - qoy eləsin. Zərif hakimiyyəti dövründə İranın diplomatik uğurları göz qabağındadadır. Bəs Abdullahiyan nəylə məşquldur və hansı uğurları ilə seçilir?"

Bu sözləri BiG.AZ-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan özünə qarşı bütün olanlar qarşısında kifayət qədər dözüm və səbr nümayiş etdirərək bölgədə son qlobal çağırışlar fonunda Tehrana qarşı "düşmən" mövqedə olan Qərbə Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyin , böldəgəki çağırışlar yalnız bölgə dövlətləri tərəfindən həllini tapmalıdır çağırışını etdi. Əvəzində isə, qonşu dövlətin XİN institutu özünü nəinki eşitməzliyə qoydu və təşükkür belə etmədi, hətta səfirlər vasitəsilə köhnə ritorikanı davam etdirir.

"İran səfiri bildirib ki, "ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". Azərbaycanla dostluq münasibətləridə maraqlı olduğunu bəyan edən Abdullahiyan özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir? İran səfiri çıxışında separatçıların və işğalçı Ermənistan ordusunun üzvlərinin həlak olmasını faktiki olaraq faciə kimi qələmə verir. İranın Ermənistandakı səfiri çıxışında bu dövlətin Brüsseldə ABŞ və Aİ ilə əməkdaşlığı barədə pozitiv fikirlər səsləndirilir və İrəvanın iqtisadi imkanlarının artmasını dəstəklədiyini qeyd edir. Məgər İran həmişə Qərbin regiona siyasi və hərbi ekspansiyasına qarşı çıxmırdı mı?
Deməli, sözdə Fələstində, Yaxın Şərqdə, daxili auditoriyası qarşısında Qərbi özünün düşməni kimi qələmə verən Tehran, lazım gəldikdə ABŞ ilə əməkdaşlığa hazırdır. İndiyə qədər bu əməkdaşlığın nəticələrini Yaxın Şərqdə dəfələrlə görən biz, bu dəfə Ermənistanda real politikanın gərçək üzünü gördük.
Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərinə qıcıqla yanaşan dairələr unutmasınlar ki, onların qonşuluğunda müstəqil dövlət var və rəsmi Bakı xarici siyasət davranışı ilə bağlı lazım bildiyi davranışı bundan sonra da sərgiləyəcək. Ermənistan rəhbərliyinin addımını nəinki tənqid edən, hətta dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.