"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı keçirilib - FOTOLAR
Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar Şuşanın işğal günü kimi qeyd etdiyimiz 8 may tarixinin məhz 2024-cü ildə Şuşaya köç tarixilə əvəz edilməsi münasibətilə "Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı baş tutub.
Seminarda çıxış edən Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin prezidenti Aqil Acalov artıq 8 may tarixinin Şuşanın işğal günü kimi yox, məhz Vətən müharibəsindən sonra bu tarixin "Şuşaya qayıdış" günü kimi qeyd edildiyini vurğulayıb. Acalov, ilk məqsədlərinin Azərbaycan gənclərində vətənpərvərlik hissinin aşılanmasına,bədən tərbiyyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib:
"Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar "Şuşaya qayıdış" oldu. Uzun illər boyu biz 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu "Şuşaya qayıdış" günü olaraq tarixə düşdü. Məhz buna görə də seminarımızın devizi məhz "Şuşaya qayıdış" oldu" deyə Acalov çıxışında deyib.
O, nitqinin sonunda bütün idmançılara uğurlar arzu edib.
Daha sonra söz Azərbaycanda Braziliya Cui Citsu sənətinin Azərbaycanda banisi Taleh Həsənova verilib. O, seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən söz açıb. Onun sözlərinə görə seminarın məqsədi idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxaq qaydalar ilə tanış etməkdən ibarətdir.
Tədbirdə Kapueyra Federasiyasının Vitse Prezidenti Elgiz Əlizadə və idmançılar da qonaq qismində iştirak ediblər. Elgiz Əlizadə çıxışı zamanı Cui Cutsu və Kapoeyra idman növlərinin həmrəyliyindən, ortaq maraqlardan və birlikdə görüləcək işlərdən danışıb.
Son olaraq tədbirdə çıxış edən İctimai Birliyin sədr müavini Anar Səfərov isə filialların aktivliyindən, Beynəlxalq yarışlarda idmançıların əldə etdiyi nəaliyyətlərdən, yeni qaydalardan və gələcək planlardan bəhs edib. Onun sözlərinə görə belə seminarların tez -tez təşkil olunması idmançıların və müəllimlərin bir arada olmasına, bir- birini yaxından tanımasına şərait yaradır.
Daha sonra tədbirdə qonaq olan Kapoeyra Federasiyasının idmançıları öz bacarıqlarını sərgiləyən göstəri təqdim ediblər.
Qeyd edək ki, Ustad Taleh Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn seminar iştirakçıları arasında uşaq, yeniyetmə, və böyüklər də olmaqla ümumilikdə 100 idmançı iştirak edib. Onlar attestasiyadan keçərək müxtəlif kəmər və idman dərəcələri alıb və Taleh Həsənov tərəfindən diplomlarla təltif olunublar. Bununla da təşkil olunmuş seminar öz işini uğurla başa vurub.






















BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1209 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb
"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard
29.08.2021 1008 39 il komada qalan futbolçu vəfat etdi
PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə
06.09.2021 1068 Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub
Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202
28.08.2021 476 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954 Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl
27.08.2021 1378 Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion
28.08.2021 647 UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO
UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub
06.09.2021 593 Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB
Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu
16.09.2021 2354 MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı
Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı
11.09.2021 671