Daxil olmaq mümkün deyil, internet zəifdir: İnternetin sürəti niyə zəif ola bilər? - AÇIQLAMA

Daxil olmaq mümkün deyil, internet zəifdir: İnternetin sürəti niyə zəif ola bilər? - AÇIQLAMAMəlum olduğu kimi Azərbaycanda internet istifadəçilərinin sayı kəskin çoxdur. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən ötən illərdə keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir. Zaman- zaman sakinlər arasında Azərbaycanda internetin zəif olması ilə bağlı şikayətlər olur. İnternetin bəzən zəif olmasının səbəbləri nələrdir?

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, internetin zəif olması real texniki problemlərlə bağlı olmaqla yanaşı, pik vaxtların yaranması və nəzərdə tutulandan daha çox istifadəçinin internetdən istifadəsi ilə əlaqəli ola bilər:

"Bəzən internet şəbəkəsinin zəif olmasını hiss edə bilərik. Bu adətən real texniki problemlərlə bağlı olmaqla yanaşı, pik vaxtların yaranması və nəzərdə tutulandan daha çox istifadəçinin internetdən istifadəsi ilə əlaqəli ola bilər. Təbii ki, əsas amillərdən birisi provayder tərəfindən Bandwidth (Bant genişliyi)-in düzgün və tələbə əsasən tənzimlənməsi əhəmiyyətli rol oynayır. Ayrılmış xəttlər ilə ümumi verilən internet arasinda fərqlər mövcuddur. Adətən strateji obyektlər üçün, ayrılmış stabil sürət verilir. Bu həmin obyektin sürətlə bağlı probleminin yaranmamsı üçün, əhəmiyyətlidir. Amma ümumi verilən internet məsələsində provayderlərin kanal üzrə sürət bölgüsünü peşəkar tənzimləməsinə ehtiyac vardır. Təbii ki istifadəçi sayına və onların aldığı sürətə uyğun olaraq, Bandwidth (Bant genişliyi) düzgün tənzimlənərsə, problem əsasən həllini tapacaqdır. Ona görə də internet paylayıcıların interneti düzgün metodologiya ilə paylamasına həmişə ehtiyac vardır".

B.Əliyev internetdə yaranan problemlərə aydınlıq gətirib:

"Amma problemin sadəcə provayder vəya internet paylayıcılarla əlaqəli olduğunu demək bir qədər insafsızlıq olardı. Adətən End User (Son istifadəçi)-in istifadə etdiyi "Router" və avadanlıq da zəif olarsa, sürətə təsirini göstərə bilər. Eyni zamanda "WIFI Routerin" 2.4 GHZ və 5 GHZ ilə bağlı radio dalğaların sazlanmasının həyata keçirilməsi düzgün aparılmalıdır. Eyni zamanda "WİFİ Router" ilə internətə qoşulan İT avadanlığın (mobil və komputer) arasındakı siqnal gücü yaxşı səviyyədə olmalıdır. Bəzi hallarda "WİFİ Router" kanalları düzgün sazlanmadıqda ətrafdakı digər siqnallarla şum yarada bilər və bu da internetin performansına ciddi təsir edə bilər. Bunu aydınlaşdırmağın digər texniki yolu isə, komputeri kabel vasitəsi ilə birbaşa "Router"-ə qoşaraq, sürəti yoxlamaq olar.

Digər problem isə provayderlə son istifadəçi arasında olan məsafə və xətlərin keyfiyətdir. Bu problemi də aradan qaldırmaq üçün, təqdirəlayiq hesab edilən işlər görülür. Artıq uzun müddətdir ki, uzaq kəndlərə belə GPON (Gigabyte Passive Optical Network - Gigabayt Passiv Optik Şəbəkə) texnologiyası tətbiq edilir, fiberoptik xətlər çəkilir. Təbii hadisələrin və yan təsirlərin fiberoptik kabellərə təsiri yoxdur. Bu tipli kabelərlə şəbəkələrin genişləndirilməsi kifayət qədər gözəl addımdır. Zamanla, bir çox məsələ öz həllini müsbət istiqamətdə tapmaqdadır və tapmağa davam edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1164   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.