Azərbaycanlı gənc Taekvondoçular Qazaxıstanda 18 medal qazandı

Azərbaycanlı gənc Taekvondoçular Qazaxıstanda 18 medal qazandı26-28 iyul tarixində Qazaxıstanın Aktau şəhərində keçirilən taekvondo üzrə "Jhas-Batur" Açıq Respublika Turnirində Azərbaycanın Ümid, Fərasət (3) və Təhsil (1) Taekvondo klublarından 18 idmançı iştirak etdi. Kiçik yeniyetmələrin Baş Məşqçisi, Ümid Taekvondo Klubunun rəhbəri, Avropa Çempionu İlkin Şahbazovun təşəbbüsü və başçılığı altında azərbaycanlı idmançılar 23 iyul tarixində Aktau şəhərinə yola düşərək, gündəlik intensiv məşqlər və yarış hazırlıqlarını tamamladılar.

26 iyul tarixində tatamiyə çıxan idmançılarımız günün sonunda 10 qızıl, 3 gümüş və 5 bürünc medalla yarışı tamamlayaraq, böyük uğur əldə etdilər. Bu nailiyyət, onların səylərinin və peşəkarlıqlarının nəticəsidir.

Qızıl medal - İsmayıllı Mehriban, Mürvətov Əhməd, Azayeva Esmanur, Şahbazov Ümid, İsmayıllı Dəniz, Məmmədzadə Coşqun, Hüseynov Yunis, Dostuyev Bahadur, Əliyeva Gülay, Mehdi Budaqlı

Gümüş medal - Abışov Amin, Səmədov Rəsul, Məmmədov Hüseyn

Bürünc medal - Qafarzadə Selin, Babapur Akel, Mürvətova Nərmin, Mehdiyev Əli, Məhərləmli Fuad

Azərbaycanlı idmançıların bu qələbələri, onların taekvondo sahəsində nə qədər istedadlı və əzmkar olduqlarını göstərir. İdmançılarımıza gələcək yarışlarda da uğurlar arzulayır, nailiyyətlərinin davamını diləyirik.

Esmira Turan

Azərbaycanlı gənc Taekvondoçular Qazaxıstanda 18 medal qazandı


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 975   Tarix: 28 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.