Agentliyin dəstəyi ilə Şamaxıda tədbir keçirilib
"Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Koorrupsiya və rüşvətxorluğa qarşı mübarizədə institusional tədbirlərə dəstək" layihəsi çərçivəsində Şamaxı şəhərində tədbir keçirib. Şamaxı Şəhər Yardacılıq Mərkəzində baş tutan tədbirdə ziyalılar, QHT rəhbərləri və medya nümayəndələri iştirak edib.
Layihə rəhbəri Aydan Xıdırova tədbirdə çıxış edib. Bildirib ki, layihənin əsas məqsədi regionda olan vətəndaşların koorrupsiya, rüşvətxorluğa qarşı mübarizədə maarifləndirməkdən ibarətdir.
Layihə barəsində məlumat verən Aydan Xıdırova deyib ki, Salyan və Şamaxı rayonlarında vətəndaşlar korrupsiya və rüşvətxorluqla bağlı maariflənəcək, korrupsiya və rüşvətxorluğa qarşı hökumətin həyata keçirdiyi siyasətdə Vətəndaş Cəmiyyətinin rolunun artması ilə nəticələnəcək: "Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Sənəddə vurğulandığı kimi, korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Milli Fəaliyyət Planı ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək fundamental bir sənəddir. Burada respublikamızın hazırkı inkişaf mərhələsinin reallıqları əsas götürülməklə qabaqcıl dünya təcrübəsi nəzərə alınıb. Sənəddə qeyd olunur: "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır". Azərbaycanda korrupsiyaya qarşı mübarizədə əlaqədar qurumların koordinasiyalı fəaliyyəti də təmin edilir. Qeyd edək ki, respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar".
Ekspert, hüquqşunas Şəmsəddin Əliyev və digər çıxış edənlər bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə çıxış edən "Gələcəyə Baxış Avropaya İnteqrasiya" İB-nin sədri Bəsdi Nəsibova Koorrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai sektorun rolundan danışıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 798 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy
19.10.2026 489 İşğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur
"Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur". xəbər verir ki, bunu SOCAR-ın"Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev 2023-2025-ci illərdə azad edilmiş ərazilərd
19.10.2026 329 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
11:14 176 Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb
14:05 5 Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"
19.10.2026 422 1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı
Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima
19.10.2026 428 Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19.10.2026 384 Qətl şübhəlisinin hadisədən əvvəl süni intellektə verdiyi suallar ortaya çıxdı
Türkiyənin Sakarya vilayətində 14 yaşlı Murat İmrağın odlu silahdan açılan atəş nəticəsində həyatını itirməsi ilə bağlı istintaqda yeni detallar məlum olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 15 yaşlı Yasin Karataşın (ad və soyad şərtidir) cinayətdən əvvəl sün
19.10.2026 347 Litvanın PUA iddiası Polşanın etirazına səbəb olub
Polşa Ukrayna istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə Litvanın irəli sürdüyü ittihamları əsassız hesab edir. xəbər verir ki, bu barədə Polsat News telekanalı məlumat yayıb. Litva tərəfinin məlumatına görə, oktyabrın 18-də ölkənin şimalında hava məkanını pozara
10:48 177