Məktəbli formalarının qiyməti niyə azalıb?
Azərbaycanda məktəbli formalarının qiyməti enib. Bunu müşahidə etmək üçün satış məntəqələrinə baş çəkmək kifayətdir. Qiymətlərin azalması müsbət haldır, bəs maraqlıdır, bu zərurətin yaranma səbəbləri nələrdir?
Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov Oxu.Az-a açıqlamasında bildirib ki, bazarda çox sayda keyfiyyətsiz məktəbli forması var:
"Bu say böyük rəqəmlərlə hesablanır. "Sədərək" və "Binə" ticarət mərkəzlərində xiyar-pomidor satanlar artıq məktəbli formalarının satışına başlayıblar. Onlar həm böyük maşınlarla rayonlara bu formaları göndərirlər, həm də Bakıda satırlar. Ona görə də bu il şalvar və ətəklərin qiymətini 20 faiz aşağı saldıq. Bu geyimlərin qiyməti əvvəl 25 manat idi, indi 20 manatdır. Yun parçanın dünya bazarındakı qiyməti bir metr üçün 10 dollardan aşağı deyil - 10 dollar isə 17 manatdır. Bu geyimlərin əlavə 1-2 manat da xərcləri olur. Bizə bu paltarlar təxminən 18 manata başa gəlir.
Bu addımı atmaqla pərakəndə satışın önünü kəsmək istəyirik. Başqa əlac yoxdur. Bazara gedən adam baxır ki, saxta forma satışda 17 manat, başqa yerdə isə 25 manatdır. Həmin alıcı düşünür ki, "xeyir ola, paltara niyə 25 manat verməliyəm?" Keyfiyyətsiz paltarı isə bir dəfə geyinəndən sonra rəngi solur, sıradan çıxır".
E.Əzimovun fikrincə, indiki situasiyada qiymət fərqi az olduğu üçün alıcı keyfiyyətli formalara üz tutacaq:
"Satışın müdiri olduğum üçün mən təklif etdim ki, bazardakı mənşəyi bilinməyən paltarların satışını azaltmaq üçün bu addımı ataq. Biz bütün qışı bu paltarları tikmişik. İkinci ilə onları saxlamamaq üçün bu qərara gəldik. İnsan hər şeydə pul qazana bilməz. Bəzilərindən az qazansaq da, digərlərində kompensasiya edirik.
Daxili rezervimiz hesabına bu seçimi etdik, peşman deyilik. Vətəndaşlar da razıdırlar. Bizim mallar təbii parça olduğu üçün bahalıdır. Parçaları ya Belarusdan, ya da Türkiyədən alırıq. Keyfiyyətsiz məhsul satışında bazardakılar böyük ölçüdə olan paltarları sata bilmirlər. Çünki böyük ölçüdə olanları baha, kiçik ölçüdə olanları isə ucuz olur. Ancaq BTE-nin paltarları 26-dan 54 ölçüyə kimi eyni qiymətdir. Qollu-qolsuz köynəklərin hamısı 15 manatdır. 12-13 manata satılanlar isə məlumdur ki, bir dəfə yuyulandan sonra rəngi solacaq".
BTE-nin şöbə müdiri əlavə edib ki, məktəbli formaları 3 il dəyişməyəcək, amma bir mənfi hal var:
"Dörd rəng seçimi yaxşı deyil. Məktəblər özləri qərar verirlər. Bunun çətinlikləri var. Dörd rəngin hər birinə uyğun detallarla forma tikmək asan deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1328 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
11:14 149 Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19.10.2026 347 Sabah pensiyalar tam ödəniləcək
Oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək
19.10.2026 408 Şəbnəmin qızı Amerikada universitetə qəbul olub
Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq
12:08 156 Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
13:01 1 "Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19.10.2026 411 Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır
Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə
10:55 144 Həkimlikdən nazir postuna...
Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo
19.10.2026 497 İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19.10.2026 336