Deputatdan Türkiyəyə çağırış: "Qardaşlığımızı pozmaq istəyənlər yanılır"

Deputatdan Türkiyəyə çağırış: "Qardaşlığımızı pozmaq istəyənlər yanılır"Müəyyən qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından daha üstün strateji əhəmiyyət daşıyan münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizlik maraqlarına əsaslanır. Məhz buna görə də Türkiyədəki daxili siyasi mübarizəni Azərbaycanla münasibətlərə qarşı yönəltmək və ya hakimiyyətə qarşı narazılığı bütövlükdə Türkiyə dövlətinə və xalqına münasibət kimi təqdim etmək ciddi siyasi yanlışlıqdır.

Hazırda diqqət yetirilməli əsas məqam Türkiyə dövlətinin və türk xalqının hədəfə alınması deyil, Türkiyənin hakim siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı aparılan kampaniyaların hansı məqsədlərə xidmət etməsi və bu proseslərdən Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmaq üçün istifadə olunub-olunmamasıdır. Bu baxımdan siyasi mübahisələri, ideoloji qarşıdurmaları və informasiya hücumlarını bir-birindən ayırmaq vacibdir. Çünki hər bir tənqidi avtomatik olaraq düşmənçilik kimi qiymətləndirmək nə düzgün yanaşmadır, nə də demokratik siyasi mühitin mahiyyətinə uyğundur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda olduğu kimi, Türkiyədə də bəzi insanlar tərəfindən qardaşlığımıza xələl gətirə biləcək müxtəlif addımlar atılmaqdadır və bu addımlar heç də dövlətlərin marağına xidmət etmir:

"Yəni biz Türkiyə ilə münasibətləri qorumalıyıq. Əgər kimsə o münasibətləri pozmağa çalışırsa, münasibətlərə xələl gətirmək istəyirsə, qarşısında bizi görməlidir. 
Heç kimə imkan vermək olmaz ki, bizim qardaşlığımızı pozsun. Biz Türkiyədəki bu prosesdə iştirak edən bütün tərəflərə də müraciət edərək, onlara ciddi bir formada tövsiyə edirik ki, bu cür təxribatlara son qoysunlar. Onlar istəyirlərsə ki, münasibətlərimizə xələl gətirsinlər, yanılırlar və bu heç də heç bir tərəfə uğur gətirəcək bir məsələ deyil. Bu qüvvələr gözəl anlamalıdırlar ki, bu cür cəhdlərin qarşısı dövlətimiz tərəfindən, Azərbaycan tərəfindən də maksimum dərəcədə alınacaq, bu cür addımların atılmasına imkan verməyəcəyik. Hesab edirəm ki, Türkiyədəki müəyyən qruplar da bu təxribatlara son qoymalıdırlar və uzaq olmalıdırlar. Əlaqələrimizə xələl gətirəcək heç bir addımı atmamalıdırlar".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 405
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

11:14 131
.

Kosmosda doğulan uşağın başına nə gələcək: alimlərin izahı

NASA Marsa missiyalar planlaşdırdığı bir vaxtda alimlər Yer kürəsindən kənarda uşağın dünyaya gəlməsinin mümkünlüyünü və bunun hansı nəticələrə səbəb ola biləcəyini araşdırırlar. Marsa uçuş planları getdikcə reallığa çevrildikcə insan orqanizminin kosmos şəraitində necə fəaliyyət göstərəcəyi ilə bağl

19.10.2026 379
.

İşğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur

"Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur". xəbər verir ki, bunu SOCAR-ın"Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev 2023-2025-ci illərdə azad edilmiş ərazilərd

19.10.2026 325
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19.10.2026 406
.

Divar kağızını zədələmədən ləkələri təmizləmək üçün effektli üsullar

Evin görünüşünü gözəlləşdirən divar kağızları zaman keçdikcə toz, yağ, barmaq izləri və müxtəlif ləkələrlə çirklənə bilər. Xüsusilə uşaqlı evlərdə divar kağızlarının təmiz saxlanılması daha çətin olur. Lakin düzgün üsullardan istifadə etməklə divar kağızlarını zədələmədən təmizləmək mümkündür. xaric

19.10.2026 349
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 449
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:14 259
.

Qətl şübhəlisinin hadisədən əvvəl süni intellektə verdiyi suallar ortaya çıxdı

Türkiyənin Sakarya vilayətində 14 yaşlı Murat İmrağın odlu silahdan açılan atəş nəticəsində həyatını itirməsi ilə bağlı istintaqda yeni detallar məlum olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 15 yaşlı Yasin Karataşın (ad və soyad şərtidir) cinayətdən əvvəl sün

19.10.2026 338
.