"Yazılanlar cəfəngiyyatdır" - Brilliantı müdafiə etdi!
Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev son günlər gündəmə səbəb olan müsahibəsi ilə bağlı danışıb.
O, OLAY-a açıqlamasında bildirib ki, sözügedən müsahibəni pandemiyadan öncə verib:
"O müsahibəni pandemiya elan olunduqdan əvvəl vermişəm. Lakin o müsahibədə yazılan bir çox məqamlar təhrif olunub və cəfəngiyyatdır. Mən bu müsahibəni yazan jurnalistin öz vicdanına buraxıram. Mən bu cəfəngiyyatı müzakirə etmək niyyətində deyiləm. Heydər Əliyev Sarayında babamın yubiley konserti keçirildi. Brilliant Dadaşova da gəlib o gecədə iştirak etdi. Əgər Brilliant xanımla münasibətim pis olsaydı, o, babamın yaradıcılıq gecəsinə gəlib, 3 mahnı oxuyardı? Əgər Brilliant xanım gəlibsə, çıxış edibsə, mənimlə görüşübsə, nəticəni özünüz çıxarın – yazılanlar düzdür yoxsa yox... Mənim sizə verə biləcəyim cavab da budur".
E.Babayev babasının duet ortağı ilə münasibətlərinin yaxşı olduğunu qeyd edib:
"O müsahibədə çox sayda səhvlər, qeyri-dəqiq informasiya var. Xanım jurnalist yazıb ki, atam 54 yaşında dünyasını dəyişib, halbuki 57 yaşında rəhmətə gedib. Xasiyyətcə elə insanam ki, müsahibə üçün zəng edəndə heç kimə rədd cavabı vermirəm. Çünki babamın xatirəsi yad edilir, sağ olsunlar. Amma sonradan həmin müsahibəni oxuyub peşman olursan. Niyə belə, birinin üstünə beşini qoyub yazmısan? Olmaz axı...
Babamın yubiley konsertinə Brilliant xanımı özüm çağırmışam. Əgər mənim adımdan o müsahibədə yazılanlar doğru olsaydı, Brilliant xanımı gecəyə dəvət etməzdim və o da gəlməzdi. Orada doğru olan odur ki, babam dünyasını dəyişəndə Brilliant xanım dəfndə iştirak etməyib. Sonrada bəlli oldu ki, həmin vaxt xarici ölkədə olub və bu səbəbdən dəfnə gələ bilməyib. Son illər Brilliant xanım və babam arasında soyuqluq var idi. Bəlkə də kimsə onların aralarını vurub və ya həqiqitən də aralarında nələrsə olub... Amma mən bunu qalmaqal saymıram. Olur da... Yəni, insanlar arasında söz-söhbət olur. Bunu axı niyə qalmaqal kimi təqdim edirlər? Müsahibədə dediklərimi alt-üst edib qalmaqal kimi qələmə verirlər".
Qeyd edək ki, sözügedən müsahibə ötən günlərdə kulis.az saytında yayımlanıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11.10.2026 316 Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
04.10.2026 354 Nadir Qafarzadə nəvəsi ilə - FOTO
Müğənni Nadir Qafarzadə nəvəsi ilə obyektiv qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi öz adını daşıyan nəvəsi Nadir ilə fotosunu sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Nadir müğənninin oğlu Əzizin övladıdır. Qafarzadənin digər oğlu Loğmanın da bir övladı var
07.10.2026 516 "Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl
04.10.2026 445 "Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14.10.2026 555 Mələkxanım Eyubovanın ailəsində ağır itki
Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!
18.10.2026 832 "Uzak şehir"in aktrisası onunla eşq yaşayır
"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Axşam.az xəbər verir ki, cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kral II Corc" obrazını canlandırıb. Çağla isə hazırd
17.10.2026 237 "Bir aparıcıya bunu yaraşdırmadım"
Aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan bir radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb. Aparıc
10.10.2026 312 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb
Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn
18.10.2026 239