Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb: Aylarla maaş almırlar

Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb: Aylarla maaş almırlar"Bakı Metropoliteni" QSC-nin tikinti departamentində çalışan işçilər aylardır ki, işsiz qalıblar.

"Qaynarinfo"ya daxil olan məlumata görə, metroda tikinti işlərinin başa çatması ilə əlaqədar departamentdə çalışan 50-dən çox əməkdaş bir neçə aydır ki, öz hesabına məzuniyyətə göndərilib.

Həmin işçilər bu müddət ərzində əməkhaqqından məhrum ediliblər və bu da onların ailələrində ciddi sosial problemlər yaradıb. Metropoliten əməkdaşlarına nə vaxt işə çıxacaqları ilə bağlı heç bir məlumat verilmir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda metropolitendə əsaslı tikinti seqmentinə dövlət büdcəsindən təyinatlı vəsait qoyuluşu üzrə maliyyələşmədə mövcud olan durum nəticəsində tikinti işlərinin həcminin kəskin azalması, bu sahədə çalışan işçilərin istismar sahələrində olan vakansiyalar nəzərə alınmaqla istismar xidmətlərindəki işlərə müvəqqəti təhkim edilməsi və ya bu sahədə işlə təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Bu zaman işçinin peşəsi, çalışdığı sahənin xüsusiyyətləri, vakansiya üzrə uyğunluğu, həmçinin işçinin razılığı və aidiyyəti üzrə digər zəruri məsələlər nəzərə alınır:

"Azərbaycan Respublikası Prezidentinin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılmış "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti özündə həm sərnişindaşıma fəaliyyətini, həm də metro tikintisi seqmentini ehtiva edən dövlətin strateji əhəmiyyət kəsb edən təsərrüfat subyektidir.

Sözügedən sərəncamdan sonra hər iki qurumun hüquqi varisliyini daşıyan "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma və metro tikintisi sahələri üzrə müxtəlif maliyyə mənbələrindən maliyyələşən fərqli əməkhaqqı sistemi tətbiq edilir.

Məlumat üçün bildiririk ki, Bakı Metropoliteni zərərlə işləyən və zərərin qarşılanması üçün dövlət büdcəsindən subsidiya şəklində maliyyə yardımı alan və səhmləri 100% dövlətə məxsus olan qapalı səhmdar cəmiyyətdir.

Mürəkkəb, eyni zamanda, çoxprofilli metro infrastrukturu şəbəkəsi kompleksinin müasir tələblər çərçivəsində yenidən qurulması, müasir tələblərə və beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində "Bakı Metropoliteni" QSC öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmaqla, səhmləri 100% dövlətə məxsus olan hüquqi şəxs olaraq təsərrüfat fəaliyyətində maliyyə, əmək və əməkhaqqı sistemi üzrə xidmət intizamının gücləndirilməsinə, dövlət büdcəsindən ayrılan təyinatlı maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadəyə xüsusi önəm verir.

Bu əsasda, ilk növbədə, qeyd olunmalıdır ki, QSC-nin kadr siyasətinin ana xəttini təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən effektiv fəaliyyət üçün məhdud maliyyə daxilolmaları çərçivəsində optimal sayda personalın formalaşdırılması təşkil edir.

QSC-nin əsaslı tikinti sahəsində çalışan işçilərinin əməkhaqqıları yerinə yetirilən işin nəticələri ilə birbaşa bağlı olduğundan həmin sektorda çalışan işçilərin işə cəlb edilməsi və əməkhaqqılarının ödənilməsində iş həcmlərinin yerinə yetirilməsi əsas götürülür.

İşçilərin işə cəlb edilməsi və əməkhaqqılarının ödənilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri, İşəgötürənlə Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin müddəaları nəzərə alınmaqla təmin edilir".

Qeyd edək ki, müvafiq departamentin rəisi Məzahir Nəbiyevdir. Onun rəhbərliyi altında işçilər dörd istiqamətdə fəaliyyət göstərirlər. Bunlar Tunel və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi Tamamlama İşləri Dəstəsi və Dəmir Yolunun Əsaslı Təmir İşləri üzə Dəstədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1091   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni doğulan qızı ilə tətilə getdi

Aparıcı Çinarə Əliyeva ailəsi ilə istirahətə gedib. OLAY yazır ki, bu barədə Çinarə instaqramda fotolar paylaşıb. O, yeni doğulan qızı Mədinə ilə ilk uçuşları olduğunu bildirib

15:34 201
.

Aİ: Rusiya Rumıniyaya atdığı drona görə cavab verməldir

Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkilini izahat vermək üçün çağırıb. Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anvar əl-Anuni açıqlama verib. Brüssel bu addımı Rusiyanın pilotsuz uçuş aparatını

28.07.2026 264
.

Qida məhsullarındakı "E" kodları: Sağlamlığımıza təhlükə varmı?

Mağaza rəflərində satılan bir çox qida məhsulunun etiketində "E" hərfi ilə başlayan müxtəlif kodlara rast gəlmək mümkündür. Bu işarələr məhsulun tərkibinə əlavə edilən rəngləyiciləri, konservantları, antioksidantları və digər qida əlavələrini ifadə edir. İstehlakçıların əksəriyyəti bu kodları

17:07 88
.

ABŞ-Səudiyyə Ərəbistanının İraqa endirdiyi zərbələr nəticəsində ən azı 20 nəfər ölüb, 32 nəfər yaralanıb, İranla əlaqəli milislər bildirib

Xalq Səfərbərlik Qüvvələrinin Telegram-da yayımladığı açıqlamaya görə, ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin İraqda İranla əlaqəli "logistika və silah mərkəzlərinə" birgə hücumları nəticəsində ən azı 20 nəfər ölüb, 32 nəfər yaralanıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, hücumlar Bağdad

12:25 171
.

Netanyahu Zelenski ilə görüşdən imtina edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşü keçirməyib. "Haaretz" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Zelenskinin administrasiyası görüşün təşkili üçün Netanyahunun ofisin

16:26 108
.

Nadir Qafarzadə xanımı və nəvələri ilə - Fotolar

Müğənni Nadir Qafarzadə ailəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc və nəvələri ilə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Nadir paylaşımında ailəlikcə səhər yeməyinə yollandıqlarını bildirib. Qeyd edək ki, ifaçının Loğman və Əziz adl

28.07.2026 482
.

MKİ və "Mossad" Xameneini axtarır - "The Times"

ABŞ və İsrail kəşfiyyat orqanları Ayətullah Müctəba Xameneini tapmaq üçün çox məxfi əməliyyat keçirir. xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, əməliyyat bir müddətdir davam edir. "The Times" qəzeti yazır ki, əməliyyatı

28.07.2026 270
.

"Odisseya" 639 milyon dollar qazandı

Rejissor Kristofer Nolanın yeni filmi "Odisseya" ikinci həftəsində də dünya prokatında uğurlu nəticə göstərib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ekran işi Şimali Amerikada ikinci həftəsonunda 87 milyon dollar gəlir əldə edib. Filmin gəliri ilk həftə ilə müqayisədə cəmi 30 fai

10:30 199
.

Abşeronda 3 aylıq körpə öldü

Abşeron rayonunda 3 aylıq körpə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə iyulun 28-i saat 08 radələrində Hökməli qəsəbəsində qeydə alınıb. Belə ki, 10 aprel 2026-cı il təvəllüdlü Səccad Axundov evdə asfiksiyadan (boğulma) ölüb. Onun hansı səbəbdən boğulduğu hələlik məlum deyil. Faktl

11:54 216
.

TOP MP3