Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb.
Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəyi cırtdanında su buludları aşkar edib. Bu obyekt Yerdən 7,5 işıq ili məsafəsində yerləşir.
WISE 0855 alimlərə artıq 10 ildən çoxdur ki, məlumdur. Onun görüntüləri ilk dəfə 2010-cu ildə "WISE" infraqırmızı teleskopu vasitəsilə əldə edilib, kəşfi barədə isə rəsmi olaraq 2014-cü ildə məlumat verilib. Lakin əvvəlki müşahidələr obyektin atmosferini tam şəkildə araşdırmağa imkan vermirdi, görüntülər isə arxa plandakı işıq mənbələri tərəfindən təhrif olunurdu.
Yeni məlumatları Arizona Universitetinin Stüard rəsədxanasının komandası əldə edib. BGR-nin yazdığına görə, tədqiqatçılar "James Webb" teleskopunun köməyi ilə qəhvəyi cırtdanı 11 saat ərzində müşahidə edib və hər 15 dəqiqədən bir onun işıq spektrini qeydə alıblar. Tədqiqatın nəticələri The Astronomical Journal jurnalında dərc olunub.
Müşahidələr göstərib ki, WISE 0855-də buludlar sadəcə mövcud deyil, həm də obyektin fırlanması ilə daim dəyişir. Bu xüsusiyyət müəyyən mənada Yer kürəsindəki hava proseslərini xatırladır.
Bununla belə, tədqiqatçılar Yer ilə həddindən artıq müqayisələr aparmaqdan çəkinməyi tövsiyə edirlər. WISE 0855 ölçüsünə görə Yupiteri xatırladır və onun atmosferində daha dərin qatlarından yuxarı qalxan qazlar mövcuddur. Buna görə də atmosferdəki dəyişikliklərin mexanizmləri planetimizdəki adi hava proseslərindən fərqlənir. Bundan əlavə, qəhvəyi cırtdanlar tamhüquqlu planet hesab edilmir və bu obyektin həyat üçün yararsız olduğu ehtimal olunur.
Əsas nailiyyət ondan ibarətdir ki, teleskop alimlərə yalnız su buludlarını aşkar etməyə deyil, həm də onların qalınlığındakı dəyişiklikləri izləməyə və atmosferin tərkibini araşdırmağa imkan verib. Nəşrin qeyd etdiyi kimi, əvvəlki müşahidə üsulları müxtəlif amillərin təsirini dəqiq ayırmağa imkan vermirdi. "James Webb"in yeni imkanları astronomlara uzaq kosmik obyektlərin xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə kömək edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 125 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı
Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima
19.10.2026 0 Kreditləşmə sürətlənir: Borc yükü hansı riskləri yaradır?
İstehlak kreditlərinin həcminin artmasının əsas səbəblərindən biri əhalinin gəlirləri ilə gündəlik xərcləri arasında yaranan fərqdir. İnsanlar mənzil, avtomobil, məişət texnikası, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılamaq üçün böyük məbləğdə vəsaitə ehtiyac duyduqda, həmin pulu uzun müddət toplama
19.10.2026 121 Teymur Musayev Baş nazirin müavini təyin olundu
Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Baş nazirin müavini təyin olunub. Qeyd edək ki, Teymur Musayev 2022-ci ilin yanvar ayında
19.10.2026 360 Qətl şübhəlisinin hadisədən əvvəl süni intellektə verdiyi suallar ortaya çıxdı
Türkiyənin Sakarya vilayətində 14 yaşlı Murat İmrağın odlu silahdan açılan atəş nəticəsində həyatını itirməsi ilə bağlı istintaqda yeni detallar məlum olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 15 yaşlı Yasin Karataşın (ad və soyad şərtidir) cinayətdən əvvəl sün
19.10.2026 1 Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19.10.2026 0 "Məni həyata bağlayan qüvvəm"
Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladına olan sevgisini bu sözlərlə ifadə edib:. "Qızım, dünyam, nəfəsim! Qızım, məni həyata bağlayan qüvvəm. Allahdan ən böyük istəyim onu qorumaqdır". Qeyd edək ki, Məleykə Əsədovanın qızı Gülə
19.10.2026 1 Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr
Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri
19.10.2026 219 Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5, miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb. . Hesabat dövründə idxal oluna
19.10.2026 198 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 1