Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?

Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub.
Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5%), miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb. 

Hesabat dövründə idxal olunan avtomobillərin orta qiyməti 19 min 768 dollar (33 min 606 manat) olub ki, bu da, illik müqayisədə 942 dollar (1 601 manat) (5%) daha bahadır.
Xatırladaq ki, 2025-cii lin ilk 9 ayında ölkəyə 1 milyard 605 milyon dollar dəyərində 85 min 257 ədəd avtomobil gətirilib. Bu avtomobillərin birinin orta qiyməti 18 min 826 dollar (32 min 4 manat) olmuşdu.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur. 
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda avtomobil istehsalının azalmasını və idxalın həm say, həm də dəyər baxımından aşağı düşməsini bir neçə amillə izah etmək olar:

"Əvvəlcə qeyd etmək lazımdır ki, yerli istehsalın 500 ədəd azalması ilə idxalın 27 982 ədəd azalması eyni miqyaslı hadisələr deyil. Bu rəqəmlər göstərir ki, avtomobil bazarındakı əsas dəyişiklik yerli istehsaldan daha çox idxal istiqamətində baş verib.
Avtomobil istehsalının azalmasının əsas səbəblərindən biri ölkədə avtomobil sənayesinin hələ geniş istehsal imkanlarına malik olmamasıdır. Azərbaycanda avtomobil yığımı əsasən məhdud həcmdə həyata keçirilir və istehsalın bir hissəsi xaricdən gətirilən komplektləşdirici hissələrdən asılıdır. İstehsal həcmi az olduqda, hər avtomobilə düşən xərc yüksəlir və müəssisələrin bazar tələbinə uyğun istehsalı genişləndirməsi çətinləşir. Bununla yanaşı, daxili bazarın həcmi, alıcılıq qabiliyyəti, texnologiya və komponentlərin idxalı ilə bağlı xərclər də yerli istehsala təsir göstərir.
Qiymət məsələsində isə mühüm məqam ondan ibarətdir ki, idxal olunan avtomobillərin sayı 32,8 faiz azaldığı halda, orta statistik idxal qiyməti 5 faiz artaraq 19 768 dollara çatıb. Bu, bazarda daha bahalı avtomobillərin payının artması, idxal olunan modellərin strukturunun dəyişməsi və vergi-gömrük xərclərinin təsiri ilə bağlı ola bilər. Xüsusilə hibrid avtomobillərin idxalına tətbiq edilən vergi güzəştlərinin 2026-cı ildən başa çatması bu seqmentdə qiymət və tələb dinamikasına təsir göstərən amillərdən biridir".

Bahalaşmanın nə vaxta qədər davam edəcəyinə gəlincə, müsahibimiz qeyd edib ki, bunu indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil:

"Avtomobil bazarında qiymətlər idxalın həcmi ilə yanaşı, valyuta məzənnəsindən, gömrük rüsumlarından, vergi siyasətindən, istehsalçı ölkələrdəki qiymətlərdən və istehlakçı tələbindən asılıdır. İdxalın azalması avtomatik olaraq bütün avtomobillərin bahalaşması demək deyil, eyni zamanda qiymətlərin mütləq ucuzlaşacağına da zəmanət vermir. Əgər idxal məhdud qalarsa və xərclər yüksək səviyyədə davam edərsə, bəzi modellərdə qiymət artımı mümkündür. Lakin tələbin zəifləməsi və satıcıların satışları artırmaq üçün endirimlərə getməsi qiymət artımını məhdudlaşdıra bilər. Uzunmüddətli həll yolu yerli avtomobil istehsalını sadəcə say baxımından artırmaq deyil, onun iqtisadi səmərəliliyini yüksəltməkdir. Bunun üçün istehsal həcmi genişləndirilməli, yerli komponentlərin istehsalı inkişaf etdirilməli və rəqabət qabiliyyəti artırılmalıdır. Əks halda, kiçik həcmli yığım müəssisələri ölkənin avtomobil bazarında qiymətləri əhəmiyyətli dərəcədə aşağı salmaq imkanına malik olmayacaq".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik- Foto

"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm". BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı "X" platformasındakı paylaşımınd

18.10.2026 428
.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb

11:25 211
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18.10.2026 340
.

Xırdalanda tıxacların qarşısını almaq üçün iki yeni yol salınır

Xırdalanda iki yeni yol salınacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxı

10:46 173
.

Azərbaycanda avtomobil idxalı kəskin azaldı: Bahalaşma nə vaxta qədər davam edəcək?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 1 milyard 132,2 milyon dollarlıq 57 min 275 avtomobil idxal olunub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 472,8 milyon dollar (29,5, miqdar ifadəsində 27 min 982 ədəd (32,8%) azalıb. . Hesabat dövründə idxal oluna

13:04 104
.

İranın Səudiyyə Ərəbistanına hücumlarda rolu ilə bağlı iddia irəli sürülüb

İranın Səudiyyə Ərəbistanındakı hədəflərə hücumlar zamanı husilərə hərbi dəstək verdiyi iddia olunur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, Tehran hava limanları da daxil olmaqla, Səudiyyə Ərəbistanındakı hədəflər

11:01 151
.

Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr

Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri

13:45 0
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18.10.2026 337
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

11:57 131
.