Azərbaycanda alıcılara şad, satıcılara bəd xəbər: Bazarda yeni "müharibə" başlayır

Azərbaycanda alıcılara şad, satıcılara bəd xəbər: Bazarda yeni "müharibə" başlayır"Trendyol" və "Temu" kimi alış-veriş şirkətlərindən sonra Rusiyanın "Ozon" platforması da Azərbaycan bazarına daxil olub. Bu məsələ artıq yerli satıcıların narazılığına səbəb olub. Sözügedən şirkətlərdə qiymətlər münasib olsa da, məhsulların keyfiyyəti ilə bağlı neqativ nüanslar ortaya çıxır.

Maraqlıdır, adı hallanan şirkətlərin Azərbaycanda pay sahibi olması yerli bazarın inkişafına, yoxsa çöküşünə səbəb olacaq? Bundan əlavə, məhsulların keyfiyyəti nə yerdədir?

İqtisadçı-ekspert Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, bu məsələyə "pis" və ya "yaxşı" demək çətindir:

"Xarici şirkətlərin Azərbaycan bazarına daxil olması qaçılmaz bir reallıqdır. Belə platformalar bizim öyrəşdiyimiz ticarət məntəqələrini, mağazaları, marketləri yavaş-yavaş sıradan çıxarır.

Fikrimcə, haqqında danışdığımız tendensiya zamanla daha da intensivləşəcək. Əslində, belə platformalar nə qədər çox olarsa, inhisarçılıq da o qədər az olar. Təbii ki, bazarda pay sahiblərinin artması yerli satıcılara da mənfi təsir göstərəcək.

Yerli satıcı dedikdə söhbət xaricdən məhsul alıb Azərbaycanda satanlardan gedir. Ancaq istehlakçı məhsulu daha ucuz alacağı təqdirdə baha məhsulu seçə bilməz. Əsas odur ki, proses yerli istehsalçılara mənfi təsir göstərməsin. Söhbətini apardığımız məsələnin yerli istehsalçılara neqativ təsiri yoxdur. Kimsə öz məhsulunu istehsal edirsə, həmin şəxslərlə rəqabət aparılmır. Ümumən onu deyə bilərik ki, yerli istehsalın da vəziyyəti ürəkaçan deyil".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifariş edilən məhsulların keyfiyyətsiz çıxması ilə bağlı şikayətlər çoxdur:

"İstehlakçılar məhsulları müəyyən məsafədən aldıqları üçün əksər hallarda problem yaşayırlar. Reklamda göstərilən məhsul ilə göndərilənin fərqli olması, rəng və ölçülərin müxtəlifliyi şikayətlərə nümunədir. İstehlakçıların sifariş verdiyi məhsul onların tələbatını ödəmirsə, qaytarmaq və ya dəyişdirməkdə çətinlik çəkirlər. Halbuki, istehlakçı hüquqları ilə bağlı qanuna görə, 14 gün ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bu məsələ ilə bağlı bəzən pullar batır, məhsul isə gəlmir. Bir sıra hallarda sifariş edilən texniki vasitələr istehlakçıya sıradan çıxmış vəziyyətdə çatdırılır. Nəticədə hansı tərəfin məhsula zərər vurduğunu sübut etmək olmur".

Sədr qeyd edib ki, hazırda onlayn və klassik ticarət ciddi rəqabətdədir:

"İnsanlar onlayn ticarətə daha çox üstünlük verirlər, çünki çeşid çoxdur, qiymət aşağıdır. Klassik ticarət nümayəndələri isə onlayn ticarətə həddindən artıq çox qısqanclıqla reaksiya verirlər, bu ticarətin pozulmasını istəyirlər".

E.Hüseynov əlavə edib ki, xarici şirkətlərin Azərbaycan bazarına daxil olması yaxşı haldır:

"Beləliklə, seçim çoxalacaq, qiymət isə azalacaq. Fikrimcə, dövlət bu məsələ ilə bağlı balanslaşdırılmış iş aparmalıdır ki, yerli, klassik ticarət tamamilə çökməsin. Sonda bu hal dövlət büdcəsinə ciddi zərbə vura bilər. Onlayn ticarət ilə bağlı şikayətləri müvafiq qurumlara yönəltdikdə bu işin öhdəsindən gələ bilmirlər, çünki alış-veriş məsafədən aparılır. Buna görə də istehlakçılar diqqətli olmalıdırlar. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar, adətən, metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman məhsula diqqətlə baxsınlar, iradları olduqları zaman dərhal geri qaytarsınlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2038   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

19.10.2026 215
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

19.10.2026 500
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 354
.

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi

19.10.2026 392
.

Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad

Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa

19.10.2026 251
.

"Mançester Siti"nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib. Onun sözlərinə görə, Qana millisinin üzvünün təxminən səkkiz həftə meydan

19.10.2026 212
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19.10.2026 154
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19.10.2026 155
.

Bağırsaq xəstəliyinin izləri 10 il əvvəl üzə çıxa bilər

Bəzi xroniki bağırsaq xəstəliklərinin ilkin əlamətləri diaqnoz qoyulmazdan illər əvvəl qanda özünü göstərə bilər. Yeni araşdırma bu xəstəliklərin daha erkən aşkarlanması və gələcəkdə ağırlaşmaların qarşısının alınması üçün ümid yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "The Guardian"

19.10.2026 270
.