"TikTok"da kredit vermək adı ilə 200-dən artıq vətəndaşı aldadan şəxs saxlanılıb
Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində "TikTok" sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldadan 2000-ci il təvəllüdlü Sənan Abbasov saxlanılıb.
Oxu.Az xəbər verir ki, barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub. Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub. S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib. O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 947 Tarix: 14 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəmir darvazaları oğurlayanlar saxlanıldı
Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov
12.04.2026 430 Nicat Məhərrəmova ağır itki
Müğənni Nicat Məhərrəmova ağır itki üz verib. OLAY yazır ki, sənətçinin atası vəfat edib. Bu barədə o, instaqramda məlumat yayıb. Qeyd edək ki, bir neçə il öncə Nicatın anası dünyasını dəyişmişdi
10:42 235 İran XİN: "ABŞ ilə danışıqlarda iki-üç mühüm mövzuda fikirlər ayrılıb"
"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki-üç mühüm mövzuda fikirlər ayrılıb". "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunub
12.04.2026 404 Sabah arabir yağış yağacaq
Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb. Bildirilib ki, sabah bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayi
13:04 76 Vens: ABŞ və İran İslamabadda keçirilən danışıqlarda razılığa gələ bilməyib
Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə yekun razılığa gələ bilməyib. "Report"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "İranlılarla bi
12.04.2026 436 Péter Magyarın qələbəsi: AB üçün sevinc, yoxsa risk?
Avropa İttifaqı (AB) Macarıstanda keçirilən parlament seçkilərində müxalifətdə olan Tisza Partiyasının lideri Péter Magyarın qələbəsini həddindən artıq qeyd edir. Halbuki onun mövqeyi Brüsselin siyasəti ilə əhəmiyyətli dərəcədə fərqlənir. xəbər verir ki, bu barədə İsveçrənin Die Weltwoche nəşri məluma
10:50 176 Yerevanın mərkəzində yürüş: tərəfdarlar səfərbər oldu
Rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının tərəfdarları Yerevanın mərkəzində yürüş keçiriblər. xəbər verir ki, görüntülər RIA Novosti tərəfindən yayımlanıb. Məlumata görə, aksiyanın dinc şəraitdə davam etdiyi, polis əməkdaşlarının isə etirazçılar
11:25 177 Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi
ABŞ Hörmüz boğazından keçməyə cəhd edən bütün gəmiləri dayandırmağa başlayacaq. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. Onun sözlərinə görə, blokada tezliklə başlayacaq və burada digər dövlətlər də iştirak edəcəklər. Bununla belə, o, hansı dövlətləri
12.04.2026 230 İsrail Ordusu Livanda raket qurğusunun məhv edildiyini bildirib
İsrailin Müdafiə Ordusu Livan ərazisinə gecə hücumu zamanı raket buraxılışı qurğusunun məhv edildiyini açıqlayıb. "Report"un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusu bildirib. "Gecə Müdafiə Ordusu İsrailə doğru mərmi atmağa hazır vəziyyətə gətirilən raket buraxılışı qurğusun
12.04.2026 401