Meymunçiçəyi virusuna daha çox BU KİŞİLƏR YOLUXUR - DİQQƏT!
Meymunçiçəyi xəstəliyinin yaranma tarixi 1950-ci ildir. O, Mərkəzi Afrikada aşkar edilən nadir virusdur.
Virusun iki əsas növü var: Qərbi Afrika və Mərkəzi Afrika.
Qərbi Afrikada görülən "Clade 2"adlı növü 2022-ci ildə qlobal epidemiyaya səbəb olub. "Clade 1" Mərkəzi Afrikada yayılan endemik növdür. "Clade1b" isə virusun yeni və daha ağır variantıdır.
İlkin simptomları qızdırma, titrəmə, baş ağrısı, şişkinlik, bel və əzələ ağrılarıdır.
Temperatur normallaşdıqda isə üzdən bədənin aşağı nahiyələrinə doğru, daha çox ovuclarda və ayaq altlarında səpgilər əmələ gəlməyə başlayır. Səpgilər qaşınmaya və ağrıya səbəb olur. Xəstəlik ağırlaşdıqda isə səpgilər ağız boşluğu, göz və cinsiyyət orqanlarına yayılır.
Virus fiziki təmas, cinsi əlaqə və hava yolu ilə insana yoluxur. Ona həmçinin açıq yaralar, yataq dəstləri, paltar, dəsmal və s. ilə də təmas edərək yoluxmaq mümkündür. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq yoluxma riskini artırır. 2022-ci ilə qlobal pandemiyaya çevrildiyi zaman daha çox cinsi əlaqə yolu ilə yayılırdı. Çox partnyorla cinsi əlaqə yaşayan kişilər risk altındadır.
İnfeksiya adətən 14-21 gün ərzində öz-özünə yox olur. Müalicəsində çiçək xəstəliyində istifadə edilən üsullar tətbiq edilir. Lakin onların nə dərəcədə effektiv olması barədə məlumat yoxdur.
Hazırda virusla mübarizə üçün 3 peyvənd mövcuddur. Onlar risk altındakı və ya yoluxmuş şəxslə yaxın təmasda olan insanlara vurulur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vurulan peyvəndlərin faydalılıq əmsalının müəyyən olunması üçün əlavə sınaqlara ehtiyac olduğunu bildirsə də, epidmiyanın geniş yayıldığı ölkələr istifadəsinə icazə verib.
Yoluxmuş şəxslərlə yaxın təmasdan qaçmaq və virusun olduğu yerlərdə əlləri tez-tez yumaq tövsiyə edilir. Virusa yoluxmuş insanlar səpgilər yox olana qədər özlərini cəmiyyətdən təcrid etməlidirlər. ÜST bildirir ki, sağaldıqdan sonrakı 12 həftə ərzində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək vacibdir. (Sfera.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1284 Tarix: 17 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 949 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 1054 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 904 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 788 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 1023 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 755 Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16.11.2026 383 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 913 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3428