Yeniyetməlik 32 yaşında bitir, 66 yaşında qocalmağa başlayırıq - Yeni araşdırma

Yeniyetməlik 32 yaşında bitir, 66 yaşında qocalmağa başlayırıq - Yeni araşdırmaÜmumi təsəvvürə görə, yeniyetməlik dövrü 20 yaşların əvvəlində sona yetir. Lakin Kembric Universitetinin alimlərinə görə, məsələ bundan ibarət deyil.

Qaynarinfo xəbər verir ki, yeni bir araşdırma insan beyninin beş əsas mərhələdən ibarət olduğunu ortaya qoyur. Bu mərhələlərə əsasən isə yeniyetməlik 9 yaşında başlayır və 32 yaşına qədər davam edir.

Kebric Universitetinin tədqiqatçıları yaşları 0-dan 90-a qədər dəyişən 3.802 nəfərin beyin görüntülərini müqayisə edib. Aparılan analizlər, orta insan ömrünün beş əsas mərhələdən – uşaqlıq, yeniyetməlik, yetkinlik, erkən yaşlanma və gec yaşlanmadan ibarət olduğunu və bu mərhələləri müəyyən edən dörd böyük dönüm nöqtəsinin mövcudluğunu üzə çıxarıb.

Araşdırma müəllifləri 30 yaşlarının əvvəlində olan, lakin hələ də tam yetkin insan kimi hiss etməyən şəxslərin haqsız olmadığını, çünki yeniyetməlik dövrünün 32 yaşına qədər davam etdiyini bildirirlər.

Baş tədqiqatçı Dr. Aleksa Mousli "Daily Mail"ə açıqlamasında belə deyib: "Beyin, yeniyetməliyin başladığı dövrlərdə işə düşən və 30 yaşların əvvəlinə qədər uzanan təbii keçid mərhələsindən keçir. Bu yaş aralığı bir çoxlarının yeniyetməlik kimi qəbul etdiyindən daha uzundur".

Tədqiqatçılara görə, beynimizin yetkin formaya çatması təxminən üç onillik davam edən yenidən qurulma tələb edir. 30 yaşların ortasına çatdıqda isə zəka və şəxsiyyət sabit bir "plato" mərhələsinə daxil olur.

Beynin beş əsas dövrü

Araşdırma "Nature Communications" jurnalında dərc olunub. Alimlər MRI diffuziya görüntüləmə üsulundan istifadə edərək, su molekullarının beyin toxuması boyunca hərəkətini analiz edib və bu yolla sinir əlaqələrinin xəritəsini çıxarıblar. Minlərlə görüntünü təhlil etdikdən sonra beynin beş əsas inkişaf mərhələsindən keçdiyini müəyyənləşdiriblər:

1. Uşaqlıq dövrü (0–9 yaş)

Bu mərhələdə beyin intensiv inkişaf və yenidən qurulma yaşayır. Ən önəmli proses isə neyronlar arasındakı artıq sinapsların təmizləndiyi, yalnız ən aktiv əlaqələrin qaldığı "şəbəkə konsolidasiyası"dır.

Bu dövrdə beyin qabığındakı boz maddə və daxildəki ağ maddə böyüyür, beyin qıvrımları sabitləşir. Ağ maddə məlumat ötürülməsi üçün həyati əhəmiyyət daşıyır, boz maddə isə yaddaş, emosiyalar və qərarvermə kimi ali funksiyaları idarə edir.

Təxminən 9 yaşında beyin ilk böyük dönüm nöqtəsinə – idrak qabiliyyətində nəzərəçarpacaq dəyişiklik mərhələsinə daxil olur.

2. Yeniyetməlik dövrü (9–32 yaş)

Bu dövrdə ağ maddə böyüməyə davam edir, lakin əsas dəyişikliklər neyronlar arasındakı əlaqələr səviyyəsində müşahidə olunur. Beyin getdikcə daha səmərəli və təkmilləşmiş bir arxitekturaya sahib olur.

Dr. Mousli bunu belə izah edir: "Beyindəki səmərəlilik iki nöqtə arasındakı qısa və birbaşa yol kimi düşünülə bilər. Beyin bölgələri arasında daha qısa yollar qurulduqca beyin daha səmərəli işləyir".

Bu mərhələ həm lokal, həm də ümumi beyin səviyyəsində səmərəli əlaqələrin güclənməsi ilə seçilir. Dəyişikliklər 30 yaşlarının əvvəlində – bütün həyatımızın "ən güclü topoloji dönüm nöqtəsi"ndə zirvəyə çatır.

Lakin yeniyetməlik dövrü psixi sağlamlıq pozuntularının artdığı yaş aralığı ilə də üst-üstə düşür.

Professor Dunkan Astl deyir: "Bir çox neyroinkişaf, psixi sağlamlıq və nevroloji vəziyyət beynin əlaqə qurma tərzi ilə bağlıdır. Beyin əlaqələrindəki fərqlər diqqət, dil, yaddaş və müxtəlif davranış çətinliklərini proqnozlaşdıra bilir".

3. Yetkinlik dövrü (32–66 yaş)

Bu ən uzun mərhələdir. Beyin artıq səmərəliliyi artırmaq əvəzinə sabitləşmə və strukturun daha çox ayrıldığı bir dövrə daxil olur. Alimlər bunu zəka və şəxsiyyətdə müşahidə olunan "plato" ilə əlaqələndirir.

4. Erkən yaşlanma dövrü (66 yaşdan etibarən)

Bu mərhələdən etibarən beyin əlaqələrində azalma, ağ maddədə isə tədrici zəifləmə baş verir. Dr. Mousli qeyd edir ki, bu yaşda hipertoniya kimi beyni təsir edən xəstəliklərin riski artır.

5. Gec yaşlanma dövrü (83 yaşdan etibarən)

Beynin son inkişaf mərhələsi. Bu dövrdə beyin ümumi əlaqələrdə dramatik azalma yaşayır və müəyyən bölgələrə daha çox asılı olur. Bu, yeniyetməlik dövründə qurulan əlaqələrin yaşla zəifləməsinin nəticəsi kimi qiymətləndirilir.

Dr. Mousli bunu belə təsvir edir: "Təsəvvür edin ki, işə getmək üçün birbaşa avtobusdan istifadə edirsiniz. Əgər bu xətt ləğv olunsa, iki avtobus dəyişməli olarsınız. Bu halda keçid dayanacağı birdən-birə daha vacib hala gəlir. Yaşlanan beyində də eyni proses baş verir – bəzi əlaqələr zəiflədikcə digər bölgələr daha kritik rol oynamağa başlayır".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 896   Tarix: 28 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 215
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 305
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22.09.2026 232
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 395
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 308
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 241
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23.09.2026 272
.

Ürək üçün faydalı olan 6 dəniz məhsulu

Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql

14.09.2026 492
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 331
.