Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 200 minə yaxın vətəndaşın fərdi hesabında sosial sığorta ödənişləri toplanmaqda davam edir. Bu vəsaitlərin yenidən hesablanması nəticəsində onların pensiyalarının bir hissəsinin 2026-cı ildə artırılması nəzərdə tutulur.
Pensiya nə qədər arta bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yaşa görə əmək pensiyasına çıxarkən vətəndaşın pensiya kapitalı 144 əmsalına bölünür:
"My.gov.az" portalında toplanmış pensiya kapitalını görmək mümkündür. Vətəndaş həmin məbləği 144-ə bölməklə, alacağı pensiyanı təxmini hesablaya bilər. Burada vacib məqamlardan biri də işləyən təqaüdçülərlə bağlıdır. Belə ki, 65 yaşına çataraq pensiyaya çıxan, lakin işləməyə davam edən şəxslərin əməkhaqqından yenə də pensiya fonduna ödənişlər tutulur və onların pensiya kapitalı artmağa davam edir.
Qanunvericiliyə əsasən, işləyən pensioner 65 yaşdan sonra daha 6 il işləyərsə, həmin müddətdən sonra onun təqaüdü yenidən hesablanır. Məsələn, şəxs 65 yaşında pensiyaya çıxıb 71 yaşına qədər işləməyə davam edibsə, bu yaşda pensiyası yenidən hesablanacaq, 6 il ərzində pensiya fonduna ödənilən əlavə vəsait pensiyasının üzərinə əlavə olunacaq".
İqtisadçı bildirib ki, bu artım hər bir pensioner üçün fərqli hesablanır:
"Çünki ölkəmizdəki sistem birbaşa əməkhaqqına bağlıdır. Məsələn, əgər 6 il ərzində əlavə olaraq 14 min 400 manat pensiya kapitalı toplanıbsa, həmin məbləğ 72 əmsalına bölünür və nəticədə aylıq pensiyaya əlavə 200 manat artım hesablanır.
Daha yüksək maaş alan və pensiya fonduna daha çox ödəniş edən şəxslərin pensiya artımı da daha çox olur. 72 əmsalının tətbiqi isə onunla bağlıdır ki, ümumi pensiya hesablamasında istifadə edilən 144 əmsalı 12 illik orta pensiyaalma müddətinə əsaslanır. Şəxs artıq pensiya yaşında olduğu və əlavə 6 il işlədiyi üçün həmin dövrdə toplanmış əlavə kapital 144-ə deyil, 72-yə bölünərək pensiyaya əlavə edilir.
Yəni sistemin mahiyyəti odur ki, 65 yaşdan sonra işləməyə davam edən şəxslərin pensiyası 6 ildən sonra yenidən hesablanır.
Artım məbləği həmin dövrdə aldığı əməkhaqqı və pensiya fonduna etdiyi ödənişlərdən asılı olur. Ona görə də bu rəqəm hər kəs üçün eyni deyil. Məsələn, yüksək əməkhaqqı alan və daha çox sosial ödəniş edən şəxsin pensiyasındakı artım da daha yüksək olur. Bu qayda bir neçə il əvvəl qəbul olunub. Burada söhbət hər kəsə eyni məbləğdə əlavə olunacaq ümumi artımdan deyil, fərdi hesablanma mexanizmindən gedir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 552 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
21:30 98 Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir
Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay
14:38 186 "Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"
"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə
16:41 150 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
19:45 151 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 162 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
16:17 184 Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
20:00 133 "Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir
17:09 171 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
21:15 102