İlham Əliyev: "Şükürbəyli kəndi tamamilə yenidən qurulub"

İlham Əliyev: "Şükürbəyli kəndi tamamilə yenidən qurulub""Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız".

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli sakinləri ilə söhbət zamanı deyib.

"Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.

Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daşı daş üstə qoymamışdır. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.

Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası - "Araz Vadisi" Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda", - dövlət başçısı qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 446   Tarix: 09 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

21:30 98
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

14:38 186
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 150
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

19:45 151
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 162
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

16:17 184
.

Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...

Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi

20:00 133
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

17:09 171
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

21:15 102
.