Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır.
Məsələ ilə bağlı Modern.az "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov ilə əlaqə saxlayıb.
O saytımıza açıqlamasında qeyd edib ki, hazırkı mərhələdə məktəbli formalarının dizaynı və modellərində dəyişiklik nəzərdə tutulmur:
"Məktəb formalarının dizaynı və modeli Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Bu formalarda hər hansı dəyişiklik etmək fabriklərin səlahiyyətinə aid deyil. Hazırda qüvvədə olan qərara əsasən məktəbli formaları 4 rəngdə müəyyənləşdirilib və modellər bütün dövlət məktəbləri üçün eynidir. Heç bir istehsalçı bu formalarda dəyişiklik edə bilməz. Yalnız özəl məktəblər öz daxili qaydalarına uyğun fərqli formalar hazırlaya bilərlər. Dövlət məktəblərində isə təsdiqlənmiş standart formaların istifadəsi nəzərdə tutulur".
E.Əzimov əlavə edib ki, məktəbli formalarının qiymətləri dövlət tərəfindən tənzimlənmir:
"Qiymət məsələsi dövlət qurumları tərəfindən müəyyən edilmir. Bazarda müxtəlif istehsalçılar fəaliyyət göstərir və hər bir müəssisə məhsulun maya dəyərinə, istifadə olunan materiala və sərfiyyata uyğun qiymət müəyyənləşdirir. Bəzi məhsullar süni parçadan hazırlandığı üçün daha ucuz qiymətə təklif olunur. Lakin həmin məhsullar Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən material tələblərinə tam uyğun olmaya bilər".
O, valideynlərə məktəbli forması seçərkən məhsulun tərkibinə diqqət yetirməyi tövsiyə edib:
"Valideynlər seçim zamanı məhsulun keyfiyyət göstəricilərinə diqqət etməlidirlər. Köynəklər 100 faiz pambıq materialdan hazırlanmalıdır. Şalvar və ətəklərdə 60 faiz yun, 40 faiz polyester, jaketlərdə isə 60 faiz yun və 40 faiz polyester tərkibi olmalıdır. Fabriklər və rəsmi dövlət qurumları bu tələblərə əməl edirlər. Bəzi istehsalçılar isə məhsulları xaricdən, əsasən Çindən gətirərək daha ucuz qiymətə təklif edirlər. Buna görə də bazarda qiymətlər fərqlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 625 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.29% azalaraq 4.070 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.18% ucuzlaşaraq 60.40 ABŞ dolları təşkil edib
02.07.2026 159 "Bizim dünya səviyyəli oyunçumuz yoxdur" - Kroos Almaniya millisini darmadağın etdi
"Real", "Bavariya" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi sözlərini cilovlamayıb və Bundestimin Dünya çempionatını niyə erkən tərk etdiyini dürüst şəkildə izah edib:. "Hazırda dünya səviyyəli bir dənə də olsun oyunçumuz yoxdur. Bəli, dünya səviyyəli potensiala malik oyunçularımı
02.07.2026 253 Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə
"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd
02.07.2026 235 2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
02.07.2026 120 Dünyanın ən təmiz çimərlikləri haradadır? (SİYAHI)
İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb. "Blue Flag" sertifikatı yalnız təmiz suya v
02.07.2026 126 Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat
02.07.2026 167 Rus ordusu Piskunovkanı işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Piskunovka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
02.07.2026 177 III Çarlz Şahzadə Harrinin zənglərinə bu səbəbdən cavab vermirmiş
Böyük Britaniya kralı II Çarlzın oğlu Şahzadə Harri ilə münasibətlərinə dair yeni iddialar gündəmə gəlib. Məlumata görə, kral ailəsi üzrə ekspert Kinsey Skofild bioqraf Robert Jobsona istinadən bildirib ki, II Çarlz hələ Uels şahzadəsi olduğu dövrdə Harrinin tez-tez maliyyə yardımı istəməsindən naraha
02.07.2026 231 Əl yazısı beyin problemlərini göstərə bilər: Araşdırmanın NƏTİCƏLƏRİ
Unutqanlıq, diqqətin cəmlənməsində çətinlik və nitq pozuntuları adətən idrak funksiyalarının zəifləməsinin ilk əlamətləri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin araşdırması insanın əl yazısının da beynin necə qocalması barədə məlumat verə biləcəyini hesab edirlər. Araşdırmanı
02.07.2026 199