Dietoloqlardan sadə tövsiyə: "Rəngli qidalanma" iltihabı azaltmağa kömək edir

Dietoloqlardan sadə tövsiyə: "Rəngli qidalanma" iltihabı azaltmağa kömək edirMütəxəssislər bildirirlər ki, mürəkkəb pəhrizlərə və ya çətin tapılan qidalara ehtiyac olmadan da sağlam qidalanmaq mümkündür. Dietoloqlar iltihabı nəzarətdə saxlamağın ən asan yollarından birinin hər yeməyə rəng qatmaq olduğunu deyir.

Qaynarinfo-nun "Real Simple" nəşrinə istinadən məlumatına görə, konsepsiya olduqca sadədir: boşqab nə qədər rəngarəngdirsə, orqanizm bir o qədər çox faydalı qida maddələri qəbul edir.

Parlaq rəngli bitki mənşəli qidalar - çuğundur, qaragilə və yarpaqlı göyərtilər fitonutrientlərlə zəngindir. Bu maddələr iltihabı azaltmağa, həmçinin ürək xəstəlikləri, həzm problemləri və digər xroniki xəstəliklərdən qorunmağa kömək edir. Lakin mütəxəssislər qeyd edir ki, insanların əksəriyyəti kifayət qədər meyvə və tərəvəz istehlak etmir.

Elmi tədqiqatlar bitki əsaslı qidalanmanın əhəmiyyətini təsdiqləyir. 100 mindən çox insanın iştirak etdiyi araşdırma göstərib ki, gündə təxminən 5 porsiya meyvə və tərəvəz istehlakı ölüm riskini 13% azalda bilər. Buna baxmayaraq, praktikada insanların gündəlik qida rasionu bu səviyyədən xeyli aşağıdır.

Dietoloqların tövsiyəsi sadədir, hər yeməyə və ya qəlyanaltıya rəngli bir qida əlavə etmək kifayətdir.

Məsələn, qatığın üzərinə giləmeyvələr əlavə etmək, makaronlara pomidor, noxud və digər tərəvəzlər qatmaq, sendviçlərə göyərti və təzə tərəvəzlər əlavə etmək

Mütəxəssislər vurğulayır ki, bu yanaşma məhdudiyyətlər qoymur, əksinə mövcud qidaların dəyərini artırır.

Dietoloq Dana Angelo White bildirir ki, bu strategiya mərhələli şəkildə tətbiq oluna bilər: "Əgər hazırda boşqabınızda rəng yoxdursa, bir yeməkdən başlayın və tədricən artırın. Bu, həm vizual, həm də qidalanma baxımından dərhal müsbət təsir göstərir."

Mütəxəssislər əlavə edirlər ki, bütün qidaların təzə olması şərt deyil. Dondurulmuş, qurudulmuş və konservləşdirilmiş məhsullar da eyni dərəcədə faydalıdır. Əsas məsələ bu qidaların davamlı şəkildə rasiona daxil edilməsidir.

Az miqdarda belə olsa, bu qidaların müntəzəm istifadəsi ümumi sağlamlığa müsbət təsir göstərir.

Nəticə olaraq bildirilir ki, iltihabı azaltmaq sərt pəhrizlərdən deyil, gündəlik sadə vərdişlərdən asılıdır. "Rəngli qidalanma" isə bu istiqamətdə ən asan və effektiv üsullardan biri hesab olunur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 744   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 791
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 693
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.