20 Noyabr - Ağdamın azadlığı tarixi Zəfərimizin və milli iradəmizin təntənəsidir

20 Noyabr - Ağdamın azadlığı tarixi Zəfərimizin və milli iradəmizin təntənəsidir20 Noyabr - Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşına qürur, sevinc və tarixi ədalətin bərpası günü kimi həkk olunub. Bu tarix təkcə Ağdamın işğaldan azad edilməsinin ildönümü deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın arzularının gerçəkləşməsinin rəmzidir. Ağdamın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazandığı tarixi nailiyyətlərdən biri, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təzahürüdür.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam rayonu uzun illər ağır dağıntılara və vandalizmə məruz qaldı. Bir zamanlar Azərbaycanın ən abad, inkişaf etmiş və mədəniyyət mərkəzlərindən biri olan Ağdam şəhəri işğal nəticəsində xarabalığa çevrildi. Yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları dağıdıldı, tarixi və dini abidələrimizə ciddi ziyan vuruldu. Ağdamın başına gətirilənlər Ermənistanın işğalçılıq siyasətinin və Azərbaycan xalqının mədəni irsinə qarşı törədilən vandalizmin acı nəticəsi idi.

Lakin bütün bu illər ərzində ağdamlılar doğma torpaqlarına qayıtmaq ümidini itirmədilər. Azərbaycan xalqı heç vaxt işğalla barışmadı, dövlətimiz isə ərazi bütövlüyünün bərpasını əsas milli prioritet kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordunun qurulması və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi Azərbaycanın tarixi Zəfərinə aparan yolun əsasını təşkil etdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibədə Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Ağdamın azadlığı Azərbaycanın hərbi-siyasi qələbəsinin mühüm nəticələrindən biri oldu.

Ağdamın azad olunması Azərbaycan diplomatiyasının da mühüm uğuru idi. Bu hadisə döyüş meydanında qazanılmış Qələbənin siyasi müstəvidə təsdiqi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin reallaşması idi. Ağdamın hərbi əməliyyatlarsız Azərbaycana qaytarılması əlavə insan itkilərinin qarşısını aldı və dövlətimizin siyasi iradəsini nümayiş etdirdi.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan edildi. Bu qərar Ağdamın azad olunmasının tarixi əhəmiyyətinin dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından xüsusi önəm daşıyır. Artıq bu tarix hər il Azərbaycanın Zəfər salnaməsinin mühüm səhifəsi kimi qeyd olunur.

Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri azadlıqdan sonrakı yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Dövlətimizin qarşıya qoyduğu başlıca məqsəd dağıdılmış şəhəri yenidən qurmaqla yanaşı, onu müasir, dayanıqlı və iqtisadi baxımdan güclü yaşayış məkanına çevirməkdir. Ağdamın Baş Planına uyğun olaraq şəhərdə yaşayış məhəllələri, sosial obyektlər, nəqliyyat və kommunikasiya infrastrukturu yaradılır. Sənaye Parkının fəaliyyəti, yeni istehsal müəssisələrinin açılması, kənd təsərrüfatı və xidmət sektorunun inkişafı rayonun iqtisadi potensialının dirçəldilməsinə xidmət edir.

Ağdamın dirçəlişində Böyük Qayıdış proqramı xüsusi yer tutur. Doğma torpaqlarından didərgin düşmüş insanların mərhələli şəkildə öz yurdlarına qayıtması uzun illər davam edən həsrətin sona çatması deməkdir. Ağdamda yeni yaşayış evlərinin inşası, sosial infrastrukturun yaradılması və iş yerlərinin açılması keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsinə yönəlib. Doğma evlərinə qayıdan ailələr şəhərin sosial həyatının yenidən formalaşmasına, Ağdamın canlanmasına və gələcək nəsillərin öz torpaqlarında böyüməsinə töhfə verirlər.

Ağdamın bərpası həm də tarixi-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Pənahəli xanın İmarət kompleksi, Ağdam Cümə məscidi və digər tarixi məkanların bərpası milli yaddaşın yaşadılması deməkdir. Ağdamın mədəni simasının yenidən formalaşması, muğam ənənələrinin yaşadılması və yeni mədəniyyət məkanlarının yaradılması şəhərin əvvəlki şöhrətinin qaytarılmasına xidmət edir.

Bu gün Ağdam təkcə yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın gələcəyə baxışını ifadə edən strateji inkişaf mərkəzidir. Onun coğrafi mövqeyi, iqtisadi imkanları, sənaye və kənd təsərrüfatı potensialı Qarabağın ümumi inkişafında mühüm rol oynamaq imkanına malikdir. Ağdamın müasir şəhər kimi qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı siyasətin konkret nəticəsidir.

20 Noyabr münasibətilə bir daha qeyd etmək lazımdır ki, bu tarix yalnız keçmiş qələbənin xatırlanması ilə məhdudlaşmır. Bu gün həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığının qiymətləndirilməsi, ağdamlıların illərlə davam edən yurd həsrətinin sona çatmasının və milli həmrəyliyimizin təntənəsidir.

Ağdamın azad olunması Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. İşğal illərində xarabalığa çevrilmiş şəhərin bu gün yenidən qurulması, insanların doğma torpaqlarına qayıtması tarixi ədalətin bərpasının ən parlaq göstəricisidir.

Ağdam yenidən doğulur! Bu dirçəliş Azərbaycanın Zəfər tarixinin davamı, milli iradəsinin təntənəsi və gələcək nəsillərə ötürüləcək dövlətçilik salnaməsidir. 20 Noyabr xalqımızın yaddaşında daim azadlığın, qayıdışın və quruculuğun rəmzi olaraq yaşayacaq.

Cavanşir Paşazadə
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 347   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigarın yeni avtomobili

"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir

11:19 324
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 476
.

İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI

Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda

22:29 0
.

Mərcdə pul uduzan şəxs həmin vəsaiti məhkəmə yolu ilə geri ala bilərmi?

Mərc oyunlarında pul itirən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri uduzduqları vəsaiti hüquqi yolla geri qaytarmağın mümkün olub-olmamasıdır. Qanunvericiliyə görə, bu məsələdə mərcin qanuni və ya qanunsuz olması mühüm əhəmiyyət daşıyır. Əgər şəxs qanunvericiliyə uyğun təşkil edilən və müvafi

14:59 304
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17:46 258
.

Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. APA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Anar Əliyev Milli Məclisin bu günkü plena

22:00 91
.

"Qadın bədəni sınaq meydanına çevrilib"

Müasir dövrdə gözəllik anlayışı getdikcə daha çox süni müdaxilələrlə əlaqələndirilir. Kosmetoloji prosedurlar, estetik əməliyyatlar və sosial şəbəkələrdə təbliğ olunan ideal qadın obrazı bir çox qadının öz təbii görünüşündən narazı qalmasına səbəb olur. Bəs qadınlar niyə təbii yaşlanmaqdan qorxur, amm

11:50 300
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

13:26 381
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17:43 219
.